SON XƏBƏRLƏR

Yatsek Çaputoviç: “İran mövqeyinə görə Varşava konfransına dəvət olunmadı”

2021.10.20, 07:36
Yatsek Çaputoviç: “İran mövqeyinə görə Varşava konfransına dəvət olunmadı”

Gunaz.tv

GünazTV: Polşanın xarici işlər naziri Yatsek Çaputoviç fevralın 14-də jurnalistlərə açıqlamasında Tehranla imzalanmış nüvə sazişi ilə bağlı mövqeyindən və İranın Varşava konfransına dəvət olunmamasının səbəbindən danışıb.

 

O bildirib ki, Polşa nüvə sazişinin qorunub saxlanılması xüsusunda Avropa ölkələri ilə eyni fikirdədir: “Buna baxmayaraq, hesab edirik ki, Avropanın İran üçün yaratdığı xüsusu maliyyə mexanizmi (xüsusi ödəmə kanalı) “INSTEX”, simvolik xarakter daşıyır. Çünki böyük beynəlxalq şirkətlər könüllü olaraq İranla əməkdaşlıqdan imtina ediblər. Bununla belə düşünürəm ki, əgər bu mexanizm İrana dava-dərman və qida satışı həddində qalsa, bəlkə də müsbət sayıla bilər.

 

Varşava konfransına qatılan ölkələrə və onların İranla bağlı mövqeyinə gəlincə, bildirməliyəm ki, konfransa qatılan bütün ölkələrin islam respublikası ilə bağlı eyni fikrdə olması, İranın Orta Şərqin təhlükəsizliyini təhdid etməsi barədə eyni mövqedən çıxış etməsi mənim üçün də gözlənilməz oldu. İran isə sərgilədiyi hazırkı mövqe və rəftarına görə Varşava konfransına dəvət olunmadı”.

 

 

Xatırladaq ki, fevralın 13-ü və 14-ü Varşavada keçirilən “Orta Şərqdə təhlükəsizlik və sülh” adlı beynəlxalq konfransa dünyanın 60-dan çox ölkəsi qatılıb. Konfransın əsas mövzusu İran və onun regiona qarşı təhdidi barədə olsa da, qapalı iclaslarda aparılan danışıqların təfərrüatı mediaya açıqlanmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar