SON XƏBƏRLƏR

Yaxın onillikdə geosiyasi səbəblər nəticəsində dünyada neft hasilatı artacaq

2021.10.20, 07:36
Yaxın onillikdə geosiyasi səbəblər nəticəsində dünyada neft hasilatı artacaq

Gunaz.tv
Yaxın onillikdə geosiyasi səbəblər nəticəsində dünyada neft hasilatı artacaq 20080606093442_1.jpg 2020-ci ilə kimi geosiyasi səbəblər nəticəsində dünyada neft hasilatı artacaq. Bu barədə məlumatı Fransanın “Total” neft qrupunun nümayəndələri jurnalistlərlə keçirdiyi görüşdə bildirib. Şirkət güman edir ki, bu hədd gündə 100 milyon barrel olacaq. Qeyd edək ki, qrup nümayəndələri digər ekspertlərlə müqayisədə daha erkən və bədbin ruhlu tarix göstəriblər. Belə ki, Beynəlxalq Enerji Agentliyi hazırkı hasil olunan 87 milyon barrelə qarşı, 2030-cu ildə gündə 103 milyon barreldən 116 milyon barrelə kimi neft hasil ediləcəyini proqnozlaşdırır. “Total” güman edir ki, 2005-2030-cu illər arasında neftə tələbat sürətlə inkişaf edən ölkələr hesabına hər il 1,2 faiz artacaq. Mütəxəssislərin fikrincə “təklif tələbi məhdudlaşdıracaq və buna görə də enerjiyə qənaət etmək lazım gələcək”. Neft qrupunun məlumatına əsasən, dünyada kəşf edilmiş neft ehtiyatları hazırda 100 milyard barrel təşkil edir, təqribən 200 milyard barrel isə, hələ kəşf olunmalıdır. Bundan başqa 300 milyard barrel neft, tullantıların emalının təkmilləşdirilməsi, 600 milyard barrel isə ağır yağların emal edilməsi hesabina əldə ediləcək. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar