Yəmən ordusu husilərdən çoxlu sayda İran istehsalı olan silah-sursat aşkar edib

03.03.2020, 13:46

GünAz TV: Yəmən ordusu paytaxt Sananın şərqində yerləşən Nəhəm cəbhəsində husi yaraqlılarına qarşı əməliyyat həyata keçirib.

 

Əməliyyat nəticəsində İranın yaraqlılara verdiyi çoxlu sayda silah-sursat aşkarlanaraq müsadirə edilib. Yəmən ordusu həmin hərbi vasitələri yerli və xarici media orqanlarına nümayiş etdirib.

 

Bundan öncə də dəfələrlə İranın Birləşmiş Millətlər Təşkilatının Yəmənə silah göndərilməsinin qadağan edilməsi xüsusunda qəbul etdiyi qətnaməyə zidd olaraq, husilərə hərbi ləvazimatlar göndərməsi ilə bağlı faktlar aşkarlanıb. Beynəlxalq ictimaiyyət rəsmi Tehranı bölgədə sabitliyi pozan bu kimi addımlarına görə qınasa da, bütün sübutlara rəğmən İran husilərə silah göndərməsini təkzib edir.

 

Yəmən ordusu bəyanatına əsasən, hələ də İran Əl-Hədidə, Əs-Salif, və Rəs İsa limanları vəsitəsilə husilərə silah və ballistik raketlər göndərməyə davam edir. Bəyanatda həmçinin qeyd edilir ki, bəzi hallarda hərbi ləvazimatlar hissələr şəklində göndərilir, Yəmənə çatdıqdan sonra isə Sana və ya Səədədə iranlı mütəxəssislər tərəfindən quraşdırılır.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının bölgədə mənzillənən hərbi gəmiləri də dəfələrlə İrandan husilərə silah-sursat daşıyan gəmiləri saxlayıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27