SON XƏBƏRLƏR

Yəmən ordusu İranın husilərə aylıq 30 milyon dollarlıq neft məhsulları göndərdiyini bildirib

2021.10.20, 07:36
Yəmən ordusu İranın husilərə aylıq 30 milyon dollarlıq neft məhsulları göndərdiyini bildirib

Gunaz.tv

GünAz TV: Yəmən ordusunun sözçüsü Abdu Abdullah Əlməcili İranın hər ay husilərə 30 milyon dollar həcmində neft məhsulları göndərdiyini deyib.

 

O, bundan başqa İrandan husilərə silah- sursatın, xüsusilə də BMT tərəfindən qadağan edilmiş minaların gəldiyini də bildirib. Bu minalar insanların kompakt yaşadığı döyüş getməyən ərazilərdə husilər tərəfindən yollara döşənilir.

 

Sözçü ölkə ordusunun husilər üzərində bir neçə əhəmiyyətli qələbəsinə də toxunub. O, bir neçə istiqamətdə ordu qüvvələrinin irəlilədiyini deyib.

 

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi başlayandan İran husilərə hərbi və maddi yardım göstərir. BMT münaqişə tərəflərinə silah göndərilməsini qadağan etsə də, İran hələ də husi terrorçularına silah göndərməyi davam etdirir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar