SON XƏBƏRLƏR

Yəməndə baş vermiş partlayışda 110 nəfər ölüb. Ölü sayının çoxalacağı istisna edilmir

2021.10.20, 07:36
Yəməndə baş vermiş partlayışda 110 nəfər ölüb. Ölü sayının çoxalacağı istisna edilmir

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Yəmənin Cəar şəhərindəki hərbi sursat fabrikində (karxanəsində) partlayış baş verib.

 

İlkin məlumata görə hadisə nəticəsində 110 nəfər ölüb. Ölkə rəsmiləri ölü sayının çoxalacağını istisna etməyib. Partlayışın səbəbi bilinmir.

 

Qeyd edək ki, 1 gün əvvəl (27 mart) fabrikin silahlı bir qrup şəxs tərəfindən qarət edilməsi barədə xəbərlər yayılmışdı.

Bir gün sonra isə yerli sakinlər qalan sursatı toplamaq üçün fabrikə giribmiş. Şahidlər də partlayışın insanlar içəridə olduğu vaxt baş verdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar