Yeni dünya düzənində türk faktoru: “Güney Azərbaycan diqqət mərkəzinə gəlməlidir”-Politoloq

2021-03-22 12:17

​​​​​​​ABŞ-ın yeni rəhbərliyi milli azlıqların hüquqlarını pozan avtoritar hakimiyyətlərə qarşı mübarizəni sərtləşdirəcək

Gunaz.tv Quote | Gunaz article

Yeni prezident Co Baydenin son bəyanatları belə deməyə əsas verir.  Bayden bildirib ki,  Birləşmiş Ştatlarda qanunları elə dəyişdirmək lazımdır ki, onlar irqçilik və zorakılığı məhv etməyə imkan yaratsın.
Bayden əlavə edib ki, nifrət nə ABŞ-da, nə də dünyada "təhlükəsiz liman”a sahibi ola bilər. ABŞ rəhbəri vətəndaşları nifrətin qarşısını almaq üçün birləşməyə çağırıb.
Cozef Bayden ABŞ administrasiyanın dünyadakı irqi ayrıseçkiliyə, o cümlədən Myanmadakı Rohincaya və Çində uyğurlara qarşı dəhşətli davranışa qarşı çıxış edəcəyini qeyd edib.
Baydenin bu açıqlamasından sonra milli azlıqlara qarşı zorakı siyasət aparan rejimlərə, o cümlədən türkdilli xalqlarının hüquqlarını məhdudlaşdıran Rusiyaya, 35 milyon Azərbaycan türkünün milli kimliyinin əlindən almağa, ana dilini məhv etməyə çalışan İrana qarşı münasibət sərtləşəcəkmi? 

“Bayden bu məsələyə diqqəti artıracaq”

“Borçalı” cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli hesab edir ki, Çin Xalq Respublikasında uyğurlara, İranda Azərbaycan türklərinə qarşı olan milli basqılar, asimilyasiya siyasəti dünyanın siyasi gündəminə gəlməlidir: “Amerikanın yeni prezidentin dönəmində bu məsələyə diqqəti artıracağı gözlənilir. Türkiyənin beynəlxalq siyasətdə rolu artır. Lakin Çinlə bağlı məsələdə ABŞ, Avropa Birliyi, Yaponiya bu məsələdə aktiv olmalıdır. İnsan hüquqları məsələsində Çinin üzərinə getmək olar. Çin öz ideoloji sisteminə görə özünü haqlı hesab edir. Ona görə də insan hüquqları kontekstində bu ölkəyə təzyiqlər artırılmalıdır. Bu halda nəticə əldə etmək olar”.

Zəlimxan Məmmədli: “O, məntəqələrdə süni gərginlik yaradılır”

“Türkiyə bu məsələdə böyük rol oynayacaq”

Bəs Rusiyada və İranda haqqı tapdalanan türk toplumu ilə bağlı məsələ ABŞ-ın gündəminə gələ bilərmi? Zəlimxan Məmmədli hesab edir ki, Türkiyə bu məsələdə böyük rol oynayacaq: “Türkiyə ilə Azərbaycan dünya türklərinin hüquqlarının qorunması ilə bağlı görüləcək işləri ehtiva edən yol xəritəsini ortaya qoymalıdır. Bu platformada Mərkəzi Asiya respublikaları, hətta Pakistan da birləşməlidir. 

Çindəki uyğurlar, Güney Azərbaycan türklərinin hüquqları məsələsi öndə tutulmalıdır. Uyğurstanda və Güney Azərbaycanda 30 milyondan çox türk yaşayır. Bu toplumu taleyin ümidinə buraxmaq olmaz.  Bu güc mərkəzi yaradılsa yeni dünya düzəninin qurulmasında faktora çevrilə bilər. Prosesin istiqaməti odur. Çünki türk faktoru bütün basqılara rəğmən güclənir, iddialı olur, dünyanın bütün coğrafiyalarında söz sahibinə çevrilir. Bu iddialar ciddi qəbul olunur. Bu gedişat yeni dünya düzənin türk faktorunun öndə olacağını göstərir. Bayden təcrübəli siyasətçidir. Türkiyəni, türk dünyasının gözəl tanıyır. Yeni dünya düzənin qurulmasında ABŞ-la Türkiyənin əməkdaşlığı qaçılmazdır, mütləqdir”.

Ayxan Turan 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

2021-06-18

gun az article

Ərdoğan BMT-nin fəaliyyətini tənqid etdi

2021-06-18

gun az article

Qarabağda 13 mindən çox əmlakın inventarlaşdırılması başa çatıb

2021-06-18

gun az article

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

2021-06-18

gun az article

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18

gun az article

İranın Kürdüstan əyalətində səyyar səs qutusunu daşıyan mikroavtobus qəzaya uğrayıb: 1 ölü, 6 yaralı

2021-06-18

gun az article

İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

2021-06-18

gun az article

Əhmədinejad: “Bu seçkinin nəticəsi xalqın ziyanına olacaq”

2021-06-18

gun az article

Kremldən növbəti Qarabağ XƏBƏRDARLIĞI

2021-06-18

gun az article

İranın daxili işlər naziri: “Heç bir seçki məntəqəsində səsvermə prosesi dayandırılmayıb”

2021-06-18

gun az article

XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18

gun az article

Həsən Ruhani, Cavad Zərif və keçmiş prezident Məhəmməd Xatəmi səs verib

2021-06-18

gun az article

Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18

gun az article

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

2021-06-18

gun az article

ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18

gun az article

Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib

2021-06-18

gun az article

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir

2021-06-18

gun az article

Şimal bölgəsində yanğının söndürülməsinə 270 canlı qüvvə və helikopter cəlb edildi

2021-06-17

gun az article

Koronavirusa yoluxma sayı 178 milyonu ötdü

2021-06-18

gun az article

Putin Dumaya seçkilər təyin etdi

2021-06-18