SON XƏBƏRLƏR

“YENİ MÜSAVAT” RUSİYANIN YALANINI ÜZƏ ÇIXARDI

2021.10.20, 07:36
“YENİ MÜSAVAT” RUSİYANIN YALANINI ÜZƏ ÇIXARDI

Gunaz.tv
“YENİ MÜSAVAT” RUSİYANIN YALANINI ÜZƏ ÇIXARDI Avstriyanın OMV şirkətindən qəzetimizə açıqlama gəldi: “Nabukko” bizim bir nömrəli layihəmiz olaraq qalır” 3317.jpg “Yeni Müsavat”ın ötən sayında Rusiyanın “Vremya novosti” qəzetinə istinadən Moskvanın Azərbaycanın da qoşulduğu “Nabukko” qaz kəməri layihəsini əngəlləmək yönündə növbəti addımı haqda yazmışdıq. Bildirilirdi ki, Rusiya “Nabukko” layihəsinin operatoru olan Avstriyanın dövlət neft və enerji şirkəti OMV şirkətini öz tərəfinə çəkməyə nail olub. Qəzetin yazdığına görə, OMV-i Rusiyanın Avropaya mavi yanacaq nəql etmək üçün əsas marşrutlarından biri olacaq “Cənubi axın” layihəsinə qoşulmağın bir addımlığındadır. Özü də adi statusda yox, təqribən 10-12 milyard dollara başa gələcək layihənin operatoru qismində. Bu barədə Sankt-Peterburqda iyulun 7-də keçirilən beynəlxalq iqtisadi forum zamanı “Qazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedev jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, “ən qısa zamanda” Avstriya ilə OMV şirkətinin “Cənubi axın” layihəsinin koordinatoru təyin edilməsinə dair dövlətlərarası razılaşma imzalanacaq. Bildirilirdi ki, sənədin futbol üzrə Avropa çempionatının gedişində imzalanacağı gözlənilir. Bu çempionat zamanı Rusiya yığması Avstriyada çıxış edir. “Vremya novosti”nin məlumatına görə, futbola tamaşa etmək üçün “Qazprom”dan Vyanaya tezliklə geniş tərkibli heyət yola düşəcək. Heyətə Aleksey Millerin və onun müavinlərinin də daxil olacağı bildirilir. OMV-nin Rusiyanın “Nabukko”ya alternativ olaraq irəli sürdüyü layihəyə qoşulması haqda razılaşmanın da bu zaman imzalanacağı gözlənilirdi. Qəzet yazmışdı ki, Rusiya-Avstriya razılaşmasının “Nabukko”ya həlledici zərbələrdən biri olacağı şübhə doğurmur. Enerji çevrələrində sensasiya kimi qarşılanan bu xəbərlə Azərbaycan ictimaiyyətini ilk olaraq “Yeni Müsavat” tanış edib. Aldığımzı məlumatlara görə, bu xəbər hökumət çevrələrində, eləcə də xarici enerji şirkətlərində də ciddi rezonans doğurub. Avstriyanın OMV şirkəti isə xəbərlə bağlı xüsusi açıqlama yayıb. Dünən şirkətin Bakı nümayəndəliyindən redaksiyamızla əlaqə saxlayaraq bildirdilər ki, Rusiya qəzetində yazılanlar həqiqətdən uzaqdır və şirkət “Nabukko” layihəsindən imtina etməyə hazırlaşmır. Nümayəndəliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Leyla Məmmədli bizimlə söhbətində bildirdi ki, onlar “Yeni Müsavat”da dərc edilən məqalə haqda şirkətin baş ofisini də məlumatlandırıblar. Bununla bağlı OMV xüsusi açıqlama ilə çıxış edərək Azərbaycan ictimaiyyətini məlumatlandırmağı vacib bilib. Daha sonra nümayəndə “OMV Gas and Power İnternational” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Volfqanq Şporerin adından yayılan rəsmi açıqlamanı bizə təqdim etdi. Açıqlamada deyilir: “OMV Rusiya KİV-lərinin bizim ”Cənubi axın" qaz kəməri layihəsinə qoşulmağa hazırlaşdığımız haqda yazdıqları haqda məlumatlıdır. Bu kontekstdə biz aşağıdakıları bildirmək istərdik: “Nabukko” bizim 1 nömrəli layihəmizdir. Bundan əvvəl də dəfələrlə deyildiyi kimi, OMV “Cənubi axın”ı “Nabukko”nun alternativi kimi görmür. Hansı ki, OMV “Nabukko” layihəsi üzrə konsorsiumun aparıcı tərəfdaşıdır və bu tərəfdaşlığa sadiq qalır. Avropanın qaza olan tələbatı gələn onillikdə dramatik şəkildə artacaq, bu baxımdan həm “Nabukko”, həm də “Cənubi axın” Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına kritik töhfə vermək potensialındadır. Hesablamalara görə, hətta hər iki layihənin reallaşması halında belə Avropanın qaza olan tələbatı qalacaq. Əlbəttə ki, OMV “Cənubi axın” kəmərinin bir hissəsinin Avstriyanın Baumgaten əyalətində başa çatmasını və bununla da həmin bölgənin Avropanın ən iri qaz mərkəzlərindən birinə çevrilməsini alqışlayardı. Bununla belə, hələlik konkret heç nə məlum deyil. Lakin Azərbaycan qazının da nəqli üçün istifadə olunacaq “Nabukko” bizim ən mühüm layihəmiz olaraq qalır". Xatırladaq ki, bundan əvvəl Avropanın qaz bazarlarında inhisarı mövqeyə malik olan “Qazprom” şirkəti layihəni əngəlləmək üçün “Nabukko”nun əsas qaz təminatçılarından biri kimi nəzərdən keçirilən Azərbaycana gözlənilməz təklif verərək ölkənin bütün ixrac qazını bazar qiymətlərinə almağa hazır olduğunu bildirib. Rəsmi Bakı bu təklifə hələ konkret cavab verməyib, gözlənilir ki, məsələ gələn ay Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri zamanı müzakirə olunacaq. Göründüyü kimi, “Qazprom” rəhbərliyi Bakıya bu təklifi verdikdən sonra Avstriya şirkətinin “Cənubi axın”a qoşulması haqda yalan məlumatı mətbuata ötürüb və bununla da çox güman ki, OMV ilə Azərbaycan arasında qazla bağlı danışıqlara zərbə vurmaq istəyib. Şirkətdən onu da bildirdilər ki, OMV prezidenti bu günlərdə Bakıda keçirilən neft-qaz sərgisinə qatılıb və onların Azərbaycanla enerji tərəfdaşlığına dair danışıqları uğurlu gedir. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar