İran gömrüyünün sözşüsü mutasiyaya uğramış yeni növ İngilis koronovirusunun yayılmasına görə, İran-İraq sərhəddində 5 gömrük keçid məntəqəsinin bağlandığını deyib.
Gunaz.tv
Ruhullah Lətifi “İngilis koronovirusu”nun nyayılma sürətini nəzərə alaraq, sərhəd əyalətlərin məsullarının qərarı ilə “Cəzabə”, “Şələmçə”, “Təmərçin”, “Kilə” gömrüklərinin bağlandığını bildirib.
"MEHR" xəbər agentliyinin verdiyi məlumata görə, R.Lətifi “Mehran” gömrüyünün də sabahda bağlanacağını söyləyib.
Gömrük sözçüsü bu qadağaların yük maşınlarına şamil edilmədiyini, gömrüklərdə tətbiq edilən qadağaların neçə müddət sürəcəyinin bilinmədiyini deyib.
C.E