SON XƏBƏRLƏR

Yeni sanksiyalar İran iqtisadiyyatına daha çox çətinliklər gətirmişdir

2021.10.20, 07:36
Yeni sanksiyalar İran iqtisadiyyatına daha çox çətinliklər gətirmişdir

Gunaz.tv
Yeni sanksiyalar İran iqtisadiyyatına daha çox çətinliklər gətirmişdir 2008-ci ilin mart ayında BMT Təhlükəsizlik Şurası tərəfindən İran əleyhinə qəbul edilən sanksiyaların üçüncü mərhələsi bu ölkənin həyatının bütün sahələrinə əsaslı şəkildə zərbə vurmaqdadır. Ticari iş quranlar, istehsalçılar, hətta özəl internet istifadəçiləri də yeni məhdudiyyətlərin təsirini hiss etməkdədirlər. Sanksiyalar toplusu və zəif təşkilatçılıq İran iqtisadiyyatına fövqəladə təsir göstərməkdədir. BMT və Beynəlxalq Atom Enerjisi Təşkilatının rəsmiləri İranın nüvə proqramı ilə əlaqədar fəaliyyətində şübhəli məqamların mövcudluğunu önə çəkərək ictimaiyyəti sözügedən qətnaməyə bəraət qazandırmağa çağırmışlar. Onların sözlərinə görə, Tehranın bütöv şəkildə əməkdaşlığının olmadığı təqdirdə BAET-in İranın nüvə proqramı və onun genişləndirliməsi ilə bağlı qərar çıxarması mümkün deyildir. Müşahidəçilərin sözlərinə görə, İrana qarşı qəbul edilmiş yeni sanksiyalar ölkə iqtisadiyyatına dəhşətli dərəcədə təsir etmişdir. Bəzi banklar dağılmaq ərəfəsindədir, istehsal sənayesi xammalla əlaqədar ciddi çatışmamazlıqla üzləşmişdir və bu səbəbdən istehsalda kəskin düşüş müşahidə olunur. Ölkənin bank sənayesi Avropa, Yaponiya və Amerikanın əksər maliyyə institutları tərəfindən boykot edilmişdir. Bir çox bank bizneslə əlaqədar maliyyə vəsaitlərinin əldə edilməsinin gün-gündən çətinləşməsi səbəbindən İranlı müştərilərlə iş görməyəcəklər. Demək olar ki, bütün beynəlxalq maliyyə institutları, o cümlədən İsveç və Almaniyanın müxtəlif bankları İranla bağlantılarını kəsmişdir. Malayziya, Sinqapur, Hollandiya, Fransa və İtaliyanın bir çox kiçik bankları da buna uyğun hərəkət etmişlər. Onlar, həmçinin İran vətəndaşlarına məxsus şəxsi hesabları bağlamışlar. İtaliyanın kredit ixracı agentliyi «Sace» isə İranda iş görmək istəyən firmalara kredit təzminatı verməkdən imtina etmişdir. Yeddi dərəcəlik risk şkalasında agentlik hazırda İranı 6 ilə qiymətləndirir. Hətta internet vasitəsilə də alqı-satqının qadağan olunması səbəbindən İranın orta göstəricisi “sıxılmış” (“əzilmiş”) vəziyyətdədir. Belə ki, İran üçün internet vasitəsilə istənilən formada satış da qadağan edilmişdir. Eyni zamanda, hər hansı bir adi vətəndaş Yahoo Web saytında e-mail hesabını qeydiyyatdan keçirə bilməz. İrandakı iş adamları bankla iş görmək istədikdə hara isə başqa yerə getmək məcburiyyətindədirlər. Hər gün onlarla iranlı biznesmen xaricdən arzuladıqları malı əldə etmək üçün Tehrandan Dubaya uçurlar. Sanksiyaların təsiri İİR-dəki diplomatik korpuslardan da yan keçməmişdir. Tehrandakı Qərb diplomatlarından birinin dediyinə görə, hər ay diplomatik nümayəndəlikdən bir nəfər Avropaya gələrək məvaciblərin və səfirliyin digər xərclərinin ödənillməsi məqsədilə çantasını pul əskinasları ilə doldurub geri qayıtmaq məcburiyyətindədir. İqtisadi böhran eyni zamanda neft sektoruna da təsir göstərmişdir. Sanksiyaların gətirdiyi təzyiq nəticəsində kompaniyalar «Cənubi Fars» qaz yatağı layihəsinin bəzi fazalarında iştirakını dayandırmışlar. İran və Qatarın arasındakı fars körfəsində yerləşən «Cənubi Fars» yatağı İİR-in ən böyük qaz yatağı hesab olunur. Fransa və Yaponiya şirkətləri sözügedən layihədə iştirakdan geri çəkilmişlər və əksər digər kompaniyalar da gələcəkdə bu sahəyə sərmayə yatırmaqda maraqlı olmadıqlarını bildirmişlər. Prezident Mahmud Əhmədinejad ölkədə talon sisteminin tətbiqi ilə benzinin satışının məhdudlaşdırılması, subsidiyaların dəstəklənməsi və hökumət xərclərinin artırılmasına görə məsuliyyət daşıyır, hansı ki, bu siyasət nəticəsində illik inflaysiya son səkkiz ildə ən yüksək səviyyəyə qalxmışdır. Benzinin talonla verilməsi qida və kənd təsərrüfatı məhsulları da daxil olmaqla əksər ərzaqların qiymətlərində olan inflaysiyanın sürətlənməsinə gətirib çıxarmışdır. Keçən ilin dekabır ayında inflyasiya 19%-i keçmişdir, halbuki 2005-ci ildə Əhmədinejadın hakimiyətə gəlişinə qədər bu göstərici 11% təşkil edirdi. Bu rəqəm hakimiyətin nəzərdə tutduğu inflyasiya faizından iki dəfə çoxdur. Prezident isə neft gəlirləri hesabına öz siyasi dəstəyini artırmağa çalışır. Şəkər, çörək və qida yağlarına dövlət tərəfindən ayrılan subsidiyalar 2005-ci ilin göstəriciləri ilə müqayisədə 50% artmışdır. 2006-cı ildə benzinə ayrılan subsidiyalar 16,4% qədər artmışdır. 2005-ci ildə həmin göstərici 15,7% təşkil edirdi. 2005-ci ildə İranın bütün subsidiyaları daxili məcmul məhsulun dördə bir hissəsini təşkil etmişdir. Əhmədinejadın bu kimi xərclərin hesabına iqtisadiyyatın çökməməsinə çalışır, lakin ölkə büdcəsini azaldır. Bu xərclər, həmçinin digər işləri görməyə də imkan vermir. Mərkəzi Bankın rəhbəri Təhmasib Məzahiri bildirmişdir ki, «ölkə iqtisadiyyatını lazımı səviyyədə saxlamaq üçün bütün imkanlardan istifadə olunur, lakin iqtisadiyat zəif olaraq qalmaqdadır» İran iqtisadçısı Məhəmməd Qulu Yusifi ölkə iqtisadiyyatının pis vəziyyətdə olmasını təstiq etmişdir. Həmçinin, o bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı çıxardığı sanksiyaların dövlətə zərər vurmadığı barədə fikir söyləyənlərin ya iqtisadiyyatdan başları çıxmır, ya da yalan danışırlar. Yusifi qeyd etmişdir ki, İran höküməti beynəlxalq izolyasiyanı özü üçün müsbət qiymətləndirərkən böyük səhvə yol verir. O, həmçinin, İranın ölkəyə qarşı yeni saksiyaların tətbiq edilməməsi üçün əlindən gələni etməli olduğunu söyləmişdir. Şiə aləmində tanınmış şəxslərdən olan və İran İslam Respublikasının banilərindən biri sayılan ayətullah Hüseyn Əli Montəzeri hazırkı iqtisadi böhrana görə hakimiyəti tənqid etmişdir. O, bildirmişdir ki, hazırkı hökümətin yersiz təxribatları və səhvləri beynəlxalq aləmdə İrana qarşı inamsızlıq yaratmaqdadır. O, həmçinin, BMT-nin sanksiyalarının ölkə iqtisadiyyatına və İran əhalisinə mənfi təsir göstərəcəyini bildirmişdir. İrana qarşı tətbiq olunan sanksiyaların öz effektini göstərdiyi müşahidə olunmaqdadır. Biznes əməliyyatları dayandırılmış, sənayə istehsalının göstəriciləri isə aşağı düşmüşdür. Faktiki olaraq İranda iqtisadi şərtlər o dərəcədə dözülməzdir ki, hətta ölkənin nüfuzlu şəxsləri belə öz narazılıqlarını bildirirlər. ARAZ TƏDQİQATLAR MƏRKƏZİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar