SON XƏBƏRLƏR

Yeni sorğuya əsasən, amerikalıların 53%-i İran rejimini “ciddi təhdid" hesab edir- FOTOLAR

2021.10.20, 07:36
Yeni sorğuya əsasən, amerikalıların 53%-i İran rejimini “ciddi təhdid" hesab edir- FOTOLAR

Gunaz.tv

GünAz TV: “Resuters” agentliyi bir qrup amerikalı arasında apardığı sorğunun nəticələrini açıqlayıb.

 

Sorğuya əsasən, amerikalıların 53%-i İranı ciddi və böyük təhdid hesab edir. Hansı ki, bu rəqəm ötən ilin iyul ayında 47% təşkil edirdi.

 

 

Sorğuda iştirak edən şəxslərin 39%-i isə ABŞ prezidenti Donald Trampın İranın təcavüzkar siyasətlərinə qarşı atdığı addımları düzgün qiymətləndirib, baxmayaraq ki, digər qism bu addımlara qarşı olduğunu deyib.

 

 

Qeyd etmək lazımdır ki, Donald Tramp prezident seçildikdən sonra İranın təxribatçı və terrorist siyasətlərinə qarşı qəti addımlar atır. O, seçkiqabağı təbliğat-təşviqat kompaniyasında söz verdiyi kimi, seçildikdən təqribən 1 il 3 ay sonra İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdıqlarını bəyan etmişdi.

 

Bundan sonra ABŞ-ın yenidən rəsmi Tehrana qarşı sanksiyalar qəbul etməsi nəticəsində İran iqtisadiyyatı böhrani vəziyyətə düşüb.

 

 

Son həftələr ərzində isə iki ölkə arasındakı gərginliklər pik həddə çatıb. ABŞ-ın körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və Patriot zenit-raket kompleksi göndərməsindən sonra dünya ictimaiyyəti arasında iki ölkə arasında hərbi qarşıdurmanın baş verəcəyi ilə bağlı narahatlıqlar artıb.

 

“Reuters”in sorğusunda iştirak edən şəxslərin 60%-i hücum edən tərəfin Amerika olmasına qarşı olduqlarını bildirsə də, 12% bu addımı dəstəklədiyini bəyan edib.

 

79% isə İranın hücum etdiyi təqdirdə, Amerikanın buna cavab verməsinin zəruri olduğunu deyib. İştirak edənlərin 40%-i İrana qarşı yalnız məhdud hava hücumlarının təşkil edilməsini tərəfdarı olduğu halda, 39% geniş miqyaslı hərbi əməliyyatları dəstəkləyib.

 

Eyni zamanda 51% insan gələcək illərdə iki ölkə arasında müharibənin qaçınılmaz olacağına inandığını deyib, bu isə ötən illə müqayisədə 8% artım olduğunu göstərir.

 

“Reuters”in yazdıqlarına əsasən, sorğuda iştirak edən respublikaçı və demokratların hamısı İranı ciddi təhdid hesab edirlər və iki ölkə arasında müharibə baş verəcəyinə inanırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar