SON XƏBƏRLƏR

Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 49-a çatıb

2021.10.20, 07:36
Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 49-a çatıb

Gunaz.tv

GünAz TV: Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə hücum zamanı ölənlərin sayı 49-a çatıb, 20 nəfər hospitallara aparılıb.

 

Mediada yayılan məlumata görə, bu barədə milli polis komissarı Mayk Buş açıqlama verib.

 

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəsinin terror aktı olduğunu bildirib.

 

Bundan əvvəl "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində ən azı 27 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi.

 

İnsanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Atəş açanlardan birinin Avstraliya vətəndaşı olduğu deyilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar