SON XƏBƏRLƏR

Yepiskop Aleksandr: “İşğal olunmuş ərazilərdəki silahlı qüvvələr çıxmalıdır“

2021.10.20, 07:36
Yepiskop Aleksandr: “İşğal olunmuş ərazilərdəki silahlı qüvvələr çıxmalıdır“

Gunaz.tv
Yepiskop Aleksandr: “İşğal olunmuş ərazilərdəki silahlı qüvvələr çıxmalıdır“ yepiskopaleksandr.jpg Bakı. Laçın Sultanova - APA. Rus Pravoslav Kilsəsinin Arxiyerey Məclisinin keçən həftə Moskvada keçirilən toplantısında Azərbaycan pravoslav kilsəsinin fəaliyyəti müsbət qiymətləndirilib. APA-nın məlumatına görə, bunu Xəzəryanı və Bakı yepiskopu Aleksandr bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Moskva toplantısında əsas müzakirə mövzusu kilsənin birliyi olub. Məclis Kilsə Məhkəməsinin fəaliyyətini bərpa edib və parçalanmaya çağıran keşişlərin dini rütbələrindən məhrum olunması haqqında qərar çıxarıb. Yığıncaqda həmçinin bu il Rusiyada xristianlığın qəbul olunmasının 1020 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi qərara alınıb. Dağlıq Qarabağ münaqişəsinin həllində din xadimlərinin roluna dair sualı cavablandıran Aleksandr bildirib ki, münaqişə başlayarkən müəyyən qüvvələr ona dini don geyindirməyə çalışıb, lakin Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dini liderlərinin görüşü bunun həqiqət olmadığını göstərib. Hazırda siyasi rəhbərlərin münaqişənin nizamlanması ilə bağlı danışıqlar apardığını xatırladan yepiskop siyasi xadimlərin məhz din adamlarının köməyi ilə görüşdüklərini vurğulayıb: “Rus Pravoslav Kilsəsi regionda stabilliyin bərpa olunmasında maraqlıdır. Biz istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu həll olunsun, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərarları yerinə yetirilsin, silahlı qüvvələr işğal olunmuş ərazilərdən çıxsın, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar”. Azərbaycanda qeyri-ənənəvi dinlərin fəaliyyət göstərməsinə də toxunan yepiskop Aleksandr bunun çox təhlükəli olduğunu və onu narahat etdiyini deyib: “Çünki insanlar bu təriqətlərə yalanla cəlb olunur və pulla əla alınırlar”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar