SON XƏBƏRLƏR

Yerli “Gəlin Bala” gəlinciyi yenidən canlandırıldı – Ərdəbildə

2021.10.20, 07:36
Yerli “Gəlin Bala” gəlinciyi yenidən canlandırıldı – Ərdəbildə

Gunaz.tv

GünAz TV: Azərbaycanın məşhur yerli oyuncaqlarından olan “Gəlin Bala” gəlinciyi Ərdəbil şəhərində yenidən istehsal olunub.

 

“İsna” xəbər agentliyinin yaydığı xəbərə görə, bu barədə Ərdəbil Əyaləti Mədəni İrs İdarəsinin Əl İşləri üzrə rəis müavini xanım Məleykə Gülmuğanizadə məlumat verib.

““Gəlin Bala” Ərdəbilin yerli gəlinciklərindəndir. Bu gəlincik uzun illərdən bəri uşaqlar tərəfindən oyuncaq kimi istifadə olunur. Ərdəbil Əyalətinin müxtəlif məntəqələrində tanınan oyuncağın forması yerli adət-ənənədən irəli gəlir.

Son illərdə müasir həyatın formalaşması oyuncaqlara da təsirsiz ötüşməyib, yeni gəlinciklərin evlərə yol tapması “Gəlin Bala” kimi oyuncaqları müəyyən qədər unutdurub.

Yerli adət-ənənə və mədəniyyəti qoruyub saxlamaq məqsədi ilə “Gəlin Bala” yenidən canlandırılıb, məşhur oyuncaq Biləsuvardan olan bacarıqlı bir sənətkar tərəfindən hazırlanıb.”- deyə o bildirib.

 

Məleykə Gülmuğanizadə vurğulayıb ki, “Gəlin Bala” milli siyahıda qeydə alındıqdan sonra onun yenidən canlandırılması üçün zəmin yaranıb.

 

“Uşaqlar üçün bir çox mesajı olan “Gəlin bala” kimi oyuncaqlar tədricən unudulub. Biz həmin oyuncaqları yenidən istehsal etmək üçün az sayda olan sənətkarlarımızdan istifadə edəcəyik. Bu məqsədlə Biləsuvar şəhərində mərkəz yaratmağı da düşünürk. Həmin mərkəzdə sözügedən oyuncaqların istehsalı barədə pulsuz təlim keçiləcək.”- deyə Mədəni İrs İdarəsinin rəis müavini bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar