“Yol ver türkün bayrağına”-İstiqlal şairinin anım günüdür

2021-05-05 12:43

​​​​​​​Bu gün Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, istiqlal şairi Əhməd Cavadın doğum günüdür.

Gunaz.tv Quote | Gunaz article

Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində anadan olub. Cavadın ata babası Güney  Azərbaycandan idi. Anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub. 

Cavad ilk təhsilini üç il kənddə molla yanında alıb, ərəb və fars dillərini dərindən öyrənib. Cavadın Gəncəyə ilk gəlişi 1906-ci ilə təsadüf edir. 

Ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Gəncə Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə kimi tanınmış ziyalılar dərs deyirlər. 

Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad adlı müəllim Cavadın inkişafında böyük rol oynayıb. 

Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanıb, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edib. 
Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunub.  


Cavadın çıxış və məqalələri, əsasən, "İqbal", "Yeni iqbal","Şəlalə", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Arı", "Maarif işçisi" kimi mətbuat orqanları ilə bağlı olub. 

Onun əsərlərinin nəşr edilməsinə o zamanlar "Açıq söz" qəzetinin mühərriri Məhəmməd Əmin Rəsulzadə köməklik göstərirdi. 

Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazıb. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınıb. 

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur.

Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. 
Əhməd Cavad Azərbaycanın digər görkəmli ziyalıları kimi 1937-ci il Stalin represiyasının qurbanı olur. 


1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxunur. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam edir və oktyabrın 12-dən 13-nə keçən gecə Əhməd Cavad güllələnir. 

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul edir. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilir.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24