“َAzadlıq radiosu”nun fars bölümü “Radio Fərda”nın bu həftəki qonağı Ərdəbil şəhərində yaşayan milli-mədəni fəal Yusif Karidir.
Gunaz.tv
Verilişin qurucuları hər həftə İran həbsxanalarında saxlanılan bir siyasi məhbus haqqında bilgi verirlər. Bu həftə isə Güney Azərbaycanın milli-mədəni fəalı, siyasi məhbus Yusif Karinin bioqrafiyası və fəaliyyətləri haqqında danışıblar.
Yusif Kari hal-hazırda Ərdəbil həbsxanasının 1-ci bəndində iki illik həbs həyatını yaşayır.
Yusif Kari 3 sentyabr 2019-cu ildə mülki geyimli məmurlar tərəfindən saxlanılaraq Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edildi.
Bu hökm Ərdəbil əyalətinin Apellyasiya məhkəməsi tərəfindən iki il həbs cəzası ilə dəyişdirildi.
O, 1 April 2020-ci il tarixində girov qarşılığında məzuniyyətə buraxılmışdır.
Siyasi məhbus May ayının 21-də məzuniyyət müddəti bitdikdən sonra yenidən həbsxanaya qayıdıb.
C.E