Tehranın “Evin” zindanında saxlanılan üç türk siyasi məhbus Behnam Şeyxi, Tohid Əmir Əmini və Kiyanuş Aslani bu gün (20 yanvar) səhər saatlarında ailələri ilə ayrı-ayrı telefon danışıqlarında sabah səhərdən (21 yanvar) Yusif Karinin aclıq aksiyasını və başqa istəklərini dəstəkləmək üçün aclıq aksiyasına başlayacaqlarını bildiriblər.
Gunaz.tv
Yusif Kari zindan məsullarının azərbaycanlı siyasi məhbuslara qarşı təhqirlərinə və onların hüquqlarının tapdalanmasına son qoyulmalarını istəyir.
Yusuf Kari yanvarın 14-də tibbi məzuniyyət tələbi ilə əlaqədar Ərdəbil həbsxanasının prokuror köməkçisi olan Sepehriyə müraciət edib. Bundan sonra o “Sepehri”nin kabinetinə çağrılaraq təhqir edilib və saxlanıldığı palatadan 8-ci karantin bəndinə köçürülüb.
O, prokror köməkçisinin bu əməllərinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirir. Siyasi məhbus yanvarın 17-i, bazar günündən isə quru aclıq aksiyasına başlayıb.
Ərdəbil zindanının məsul nəzarətçisi və prokror köməkçisi “Sepehri” deyib ki, azərbaycanlı siyasi məhbusların hüquqlarını tanımır.
Sağlıq durumunun pisləşməsi, təzyiqinin enməsi və ürək döyüntülərinin artması nəticəsində siyasi məhbus zindanın sağlıq ocağına yerləşdirilib.
Qeyd edək ki, bu dəqiqəyə qədər Ərdəbil zindanında saxlanılan Abbas Lisani, Əli Vasiqi, Rza Vasiqi və Evin zindanında saxlanılan Siyamək Mirzayi Y.Karinin istəklərini dəstəkləmək və həmrəylik nümayiş etdirmək üçün aclıq aksiyasına başlayıblar. Aclıq aksiyasının dördüncü günündə, bu gündən Abbas Lisani quru aclıq aksiyasına əl atıb.
C.E