Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19 17:03

İran rejiminin Güney Azərbaycana qarşı apardığı məqsədyönlü siyasətinin ardınca yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb.

Gunaz.tv Quote | Gunaz article


İranın “İrna” agentliyinin yazdığına görə, Təbriz Universitetinin Xarici Tələbələr Mərkəzinin rəisi Rza Məhəmmədi sentyabrın 14-də mediaya açıqlamasında İraqın Tehrandakı səfirliyinin mədəniyyət işləri üzrə məsləhətçisi ilə görüşdüyünü və və 200-dən çox iraqlı kürd tələbəsinin Təbriz Universitetinə qəbulu barədə danışıqlar apardığından xəbər verib.


Həmin görüşdə Rza Məhəmmədi deyib ki, Təbriz Universiteti iraqlı kürd tələbələri qəbul etməyə hazırdır: “Biz xarici tələbələri 4 dilli təhsil proqramı çərçivəsində qəbul etmək məqsədilə bir sayt yaratmaqla, onlar üçün konsulluq işləri ilə əlaqədar problemlərin aradan qaldırılması ilə bağlı bir mərkəz açmaqla, eləcə də Təbriz Universitetində xarici tələbələrə fars dili keçmək üçün bir mərkəz yaratmaqla və  onlara təhsil vizası verilməsini asanlaşdırmaqla xarici tələbələr, xüsusən də iraqlı tələbələr üçün yaxşı bir ev sahibi olmaq niyyətindəyik” –deyə, Rza Məhəmmədi əlavə edib. 


Bildirilir ki, həmin görüşə qatılan Təbriz Universitetinin rektoru Mir Rza Məcidi isə deyib ki, onun rəhbərlik etdiyi universitet iraqlı tələbələrə ev sahibliyi etməyə tam hazırdır: “Təbriz şəhəri və Təbriz Universiteti coğrafi baxımdan İraq şəhərlərinə yaxındır. Təbrizə gəliş-gedişin asan olduğunu, onun yaxşı imkanlarını, elə də Təbriz Universitetinin yüksək elmi potensiala malik olduğunu nəzərə alaraq, hesab edirəm ki, bizim ali təhsil ocağımız iraqlı tələbələrə yaxşı bir ev sahibi ola bilər” –deyə, Təbriz Universitetinin rektoru Mir Rza Məcidi bəyan edib.


Həmçinin bildirilir ki, bu barədə açıqlama verən Təbriz Universitetinin rektor müavini Əsğər Əsgəri bu təhsil ocağında təhsil almağın iraqlı tələbələrə daha əlverişli olmasını xatırladıb: “Region ölkələrinin ali təhsil ocaqları ilə müqayisədə Təbriz Universitetində illik təhsil haqqının aşağı olmasını və universitetimizdə təhsil səviyyəsinin yüksək olmasını və onun digər mövcud imkanlarını nəzərə alaraq, düşünürəm ki, bizim universitetimiz təhsil almaq istəyən iraqlı tələbələr üçün daha faydalı və əlverişli ola bilər” –deyə, Təbriz Universitetinin rektor müavini Əsğər Əsgəri bildirib.


Təbriz Universitetinin hər üç vəzifəli şəxsi öz bəyanatlarında ali təhsil ocağına qəbul edilən iraqlı tələbələrdən neçə faizinin İraqlı kürdlərdən olduğunu açıqlamasalar da, Güney Azcərbaycan mənbələrinin yaydığı məlumatlarda bildirilir ki, həmin tələbələrin əksəriyyətini İraqın şimalından olan kürdlər təşkil edir. 

 
Qeyd edilir ki, Təbrizdəki ticarət obyektləri və mağaza sahibləri də son vaxtlar şəhərdə kürdlərin sayının artmasından, onlara müraciət edən müştərilər arasında kürdlərin sayının çox olmasından danışaraq, bu məsələdən nigaran olduqlarını bildiriblər.


Xatırladaq ki, İran rejimi son illər müxtəlif bəhanələrlə İran və İraq kürdlərini sistematik şəkildə Güney Azərbaycan şəhərlərinə yerləşdirməklə yerli əhalinin etnik tərkibini dəyişdirməyə çalışır. Bu isə azərbaycanlıların və bir sıra yerli məsulların etirazına səbəb olub. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18