SON XƏBƏRLƏR

Azərbaycan Pakistandan JF-17 qırıcıları almaqda maraqlıdır

2021.11.02, 12:31
Azərbaycan Pakistandan JF-17 qırıcıları almaqda maraqlıdır

Gunaz.tv

“The Week”ə istinadən xəbər verilir ki, bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması gündəlikdə duran ən əsas məsələdir”, - M.Novruzov deyib.

O əlavə edib ki, Azərbaycan Pakistan ilə öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir: "Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir".

Xatırladaq ki, Pakistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana fəal dəstək verib. İki ölkə arasında müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar