Azərbaycan bayrağı Cıdır Düzündən Dubayın mərkəzinə gətirildi

13.11.2021, 14:46

Diaspor nümayəndələrinin Şuşa səfəri zamanı Cıdır düzündə dalğalandırılmış böyük ölçülü ayrağı Dubay şəhərinin mərkəzində açılıb.

Gunaz.tv Quote | Gunaz article

Daha sonra 8 Noyabr - Zəfər Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlıların iştirakı ilə “Zəfər Görüşü” adlı tədbir keçirilib.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının və diaspor fəallarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadlətli Azərbaycan Ordusunun qazandığı Qələbənin bir illiyi münasibətilə Rəhimov Komitə sədri Fuad Muradovun tədbir iştirakçılarına təbrikini çatdırıb.

44 günlük Vətən müharibəsi zamanı xaricdəki Azərbaycan diasporunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiriciləri çıxış edərək harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyinin, onların təşkilatlanması prosesinin əhəmiyyətinə toxunublar.

Birləşmiş Ərəb Əmirliklərinin Prezident Məsələləri Nazirliyinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri Seyyid Əli bin əl-Sayid Əbdül Rəhman əl-Haşim bu gözəl gün münasibətilə Azərbaycan xalqını təbrik edib, sülh və əmin-amanlıq arzu edib. BƏƏ rəsmisi Prezident İlham Əliyevin İslam və Ərəb ölkələri ilə əlaqələrin inkişafına daim diqqət ayırdığını, iki ölkə arasında münasibətlərin günü-gündən inkişaf etdiyini bildirib.

Tədbirə Türkiyə, Misir, Mərakeş, İordaniya, Almaniya, Böyük Britaniya, ABŞ və Özbəkistandan gələn qonaqlar da qatılıb.

Tədbir bədii proqramla davam edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07