SON XƏBƏRLƏR

Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açıldı

2021.12.14, 10:59
Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açıldı

Gunaz.tv

Baş Prokurorluqdan verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.

Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə  cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə  cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar