SON XƏBƏRLƏR

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022.07.04, 08:20
Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

Gunaz.tv

Adı çəkilən media Azərbaycan Mis Şirkətinin yaranması cəhdlərinin arxasında qaranlıq güclərin, separatçı və miliyyətçilərin olduğunu iddia ediblər.

"Süngün Mis Şirkətinin İran Milli Mis Sənayesi Şirkətinin tərkibindən ayrılmasının ölkə iqtisadiyyatı üçün çox ağır nəticələri ola bilər.

Bu planın arxasında yanlış müdiriyyət probleminin olması və ya hökumət içinə sızmış separatçı cərəyanların təsir ehtimalları araşdırılmalıdır"-deyə, SEPAH-ın rəsmi sosial media kanalında yazılıb.

Azərbaycan Mis Şirkətinin yaradılmasını ölkəyə xəyanət kimi qələmə verən paylaşımda Azərbaycan respublikasının adı təhrif olunub və yenədə İsrail məsələsinə toxunulub.

"Şübhəsiz ki, Bakı dövləti və şimal sərhədlərində sionist rejimin cövlan etdiyi bir vaxtda bu, yanlış hesablamalardan daha çox xəyanətə oxşayır"-deyə, media orqanında yazılıb.

Qeyd edəkl ki, uzun illərdən sonra Şərqi Azərbaycanın İran parlamentində olan bir neçə nümayəndəsinin davamlı israrlarından, məsələ qaldırmalarından sonra Azərbaycan Mis Şirkətinin yaradılması məsələsinə baxılması gündəmə gəlib.

Bundan narahat olan İran Milli Mis Sənayesi Şirkətinin rəhbərliyi, miliyyətçi fars cərəyanları və hökumətə bağlı qurumlar geniş təbliğat kampaniyasına başlayıblar.

Qeyd edək ki, Vərziğanın Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis ehtiyatlarının 40 faizi burada yerləşir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar