GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Əfqanistanlı qaçqınların Azərbaycan əyalətlərinə girişinə qadağa qoyuldu
Təbrizin turizm sahəsi iflasa uğrayıb
Belçika parlamentinin İrana müxalif üzvünü həyatı təhlükədədir
Urmunun məşhur voleybol klubu ləğv edildi
"Anadolu"nun jurnalisti Qəzzada öldürüldü
Metallurgiya zavodunun işçiləri tətilə başlayıb
İranda türk adlarına qadağa davam edir
Təbrizdə hava çirkliliyi ilə bağlı xəbərdarlıq edildi
Milli aktivist Təhlükəsizlik İdarəsinə çağırılıb
İranda edamlarla bağlı hesabat yayıldı
"Ölkənin 2024-cü il üzrə büdcəsi yoxsulluğun artması ilə nəticələnəcək."- iranlı iqtisadçı
Tibb Elmləri Akademiyasının rəhbəri: Həkimlərin immiqrasiyası narahat edici həddə çatıb
İran Çin və Rusiya ilə hərbi təlim keçirəcək
Təhlükəsizlik məmurları milli fəalın evində axtarış aparıb
İranlıların Türkiyəyə səfərləri ilə türkiyəlilərin İrana səfərləri barədə statistika açıqlandı
Urmu gölü çevrəsində ekoloji faciə şiddətlənəcək
İran heyəti BƏƏ-dəki sammiti tərk edib
Bir siyasi məhbus və aksiyalarda iştirak etmiş digər bir gənc edam olunub
Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb
Zaxarova: Zelenskini rahat buraxmayacağıq
Qəzvində etiraz aksiyası keçirilib
Şərqi Azərbaycandan tibb sahəsində fəaliyyət göstərənlərin köçü artır
Lavrov Blinkeni qorxaq adlandırıb
Kreml: Rusiya Qəzza zolağında humanitar fasilənin uzadılmasını dəstəkləyir
Peskov: Amerika mərkəzli dünya sona çatır
Təbrizdə bir neçə fəal müvəqqəti azadlığa buraxılıb
Nərgiz Məhəmmədi dünyanın 25 nüfuzlu qadınları sırasında
"İran 40 il öncədəki kimi hələ də terrorizmi dəstəkləyir"- ABŞ
Zelenski Ukraynanın əks-hücumunun uğursuz olduğunu etiraf edib
Zəncanda yüksək rütbəli zabitlər qəzada öldü
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
ABŞ-ın Nümayəndələr Palatası İranın vəsaitinin həmişəlik dondurulması üçün layihəni təsdiq edib
"Azərbaycan-Rumıniya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var"
"Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyətini Ermənistan daşıyır" - Ceyhun Bayramov
Prezident İlham Əliyev COP28 Sammitində iştirak edir
Qəzza zolağında yenidən döyüşlər başladı
ABŞ Dövlət Departamenti İranda qadın hüquq müdafiəçilərinə dəstəyini davam etdirəcək
Laçının işğaldan azad edilməsindən üç il ötür
İranda hicaba görə iş yerləri bağlandı
Güneyli fəal Yaşar Təbrizi təkadamlıq kameraya salınıb
Blinkenlə İsrail Prezidenti və Baş naziri arasında görüş keçirilib
Milli şüarlara görə Təbriz klubuna təzyiq göstərilir
ANAMA: Ermənistanın mina istehsalçısı olduğu təsdiqlənib
O söyləyib ki, ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, işgüzar sferada təmsil olunan sahibkarlar BPC-də təmsil oluna bilərlər.
Xaricdə yaşayan azərbaycanlı sahibkarların da qatılacağı klubun əsas fəaliyyət istiqaməti ixrac prosesini və “Made in Azerbijan” brendini təşviq etmək, xarici bazarlara çıxışın təmin olunması, dövlət qurumları ilə özəl sektor, habelə müxtəlif təsisatlar arasında münasibətləri inkişaf etdirmək, biznes subyektləri arasında həmrəyliyə nail olmaqdır.
Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ideyasının bir neçə ay öncə ərsəyə gəldiyini və gözlənildiyindən də böyük maraqla qarşılandığını qeyd edən G.Bayramova əlavə edib ki, klubun İdarə Heyətinin üzvləri müxtəlif biznes sahələrində ciddi uğurlara imza atmış iş adamlarıdır: “Beynəlxalq əməkdaşlığı gücləndirmək niyyətindəyik və ABŞ-a son səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu məsələ əsas müzakirə mövzusu olub.
Azərbaycanda assosiativ ticari assosiasiyaların və klubların sayının sürətlə artdığı, gərgin rəqabətin hökm sürdüyü mövcud şəraitdə fərqlənə biləcəyimizə, uğurlu layihələr həyata keçirəcəyimizə əminəm” – Bayramova qeyd edib.
“İctimai hesabatlılıq fəaliyyətimizin başlıca prinsiplərindən biridir” deyən BPC sədri klubun İdarə Heyəti üzvlərini ictimaiyyətə təqdim edib:
Gülpəri Bayramova – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri. “Agromix” şirkətinin təsisçisi. Şirkət meyvə və tərəvəz məhsullarının idxalı, ixracı, daşınması və istehsalı istiqamətində fəaliyyət göstərir. Paytaxtın aparıcı marketlər şəbəkələrini gündəlik meyvə və tərəvəz məhsulları ilə təhciz edir.
G.Bayramova bu günə qədər bir çox beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, müxtəlif innovativ layihələrin həyata keçirilməsinə rəhbərlik edib. “Caspian Energy Club”, Azərbaycan Sahibkarlar Konfedrasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü olub. Aqrar ekspert olaraq bu sahənin imkanları və problemləri ilə bağlı mətbuatda yüzlərlə açıqlaması dərc olunub.
Turan Özbahceci – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Port Baku Bazar”, “Araz”, “Neptun”, “Rahat” supermarketlər şəbəkələrinin və digər brend biznes layihələrinin qrucusu olub.
“Bolmart”, “Grandmart”, “Megastore”, “Bizim Market” supermarketlər şəbəkələrinin, “Azcake”, “Rafa Group”, “Baqqal” və digər brendlərin həmtəsisçisidir. Yüzlərlə biznes layihəsinin əsasında Özbahçeci imzası dayanır və bir iş adamı olaraq mütəmadi olaraq gənclərə biznes təlimləri verir.
Vüqar Oruc – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Vecon” şirkətlər qrupunun təsisçisi. Rəhbəri olduğu şirkətlər qrupu qiymətləndirmə sahəsində fəaliyyət göstərir və dörd şirkəti öz ətrafında birləşdirir. Dövlət qurumları, maliyyə təsisatları ilə əməkdaşlıq edir, müxtəlif beynəlxalq təşkilatların üzvüdür.
Eyni zamanda 60 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədridir. İqtisadçı ekspert olaraq mətbuatda müntəzəm açıqlamalarla çıxış edir. Bir neçə dəfə “ilin qiymətləndiricisi” nominasiyası üzrə təltif olunub.
Vəsilə Abulova – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “CVM Jewellery” və “Vəsfi Xare” şirkətlərinin təsisçisi və direktoru, “Gizianin” brendinin Azərbaycanda rəsmi tərəfdaşıdır. “Umay Türk Dünyası Qadınlarına Dəstək” İctimai Birliyinin sədridir.
Uzun müddət dövlət qurumlarında və aparıcı şirkətlərdə baş mühasib və maliyyə müdiri olaraq fəaliyyət göstərib. Azərbaycanda qadın sahibkarlığının inkişafına mühüm töhfələr verib.
Rahib Mustafayev – “Enersol”, “AzEnergo Servis”, “İMB Group”, “AzGiant Construction Serbia”, “Az-Pak Design and Consulting Pakistan” şirkətlərinin həmtəsisçisi və bir neçə xarici şirkətin İdarə Heyətinin üzvüdür. Xarici şirkətlərin biznesinin təşviqi və irimiqyaslı investisiyaların cəlb olunması istiqamətində xidmət göstərir.
15 ildən artıq müddətdə dövlət və xarici təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya Bankı və digər beynəlxalq donor təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrin idarə edilməsində beynəlxalq təcrübəyə malikdir.
Raqıp Sarı – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. İT (informasiya texnologiyaları) sektorunda fəaliyyət göstərən “Birtech” və “Qızıl proqram” şirkətlərini təmsil edir. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviridir. Türkiyənin Azərbaycandakı səfirliyində çalışıb.
42 ildir psixoloq-pedaqoq kimi fəaliyyət göstərir və həm Azərbaycanın, həm də Türkiyənin dövlət və özəl təsisatlarına psixoloji konsultasiya xidmətləri həyata keçirib. Psixoloq olaraq mətbuatda müntəzəm məqalələlərlə çıxış edir.
Azər Niftiyev – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Sosial Media Mərkəzi”nin direktorudur. Rəhbəri olduğu şirkət PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular, seçki texnologiyası istiqamətində fəaliyyət göstərir. Milli Məclisin deputatlarına, dövlət qurumlarına və biznes subyektlərinə qeyd olunan xidmətləri göstərir.
20 ildən artıqdır ki, mətbuat nümayəndəsidir. Ölkənin aparıcı qəzetlərində rəhbər vəzifələr daşıyıb, müxtəlif xəbər portallarının rəhbəri olub. Trend beynəlxalq informasiya agentliyinin Azərbaycan redaksiyasında baş redaktorun birinci müavini işləyib. Müxtəlif media layihələrinə müəlliflik edib.
Orxan Rzayev – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “Mediamark Digital” şirkətinin və mərkəzi ofisi İsveçdə yerləşən mobil oyun şirkəti – “Eleven Kings” startapının təsisçisidir.
Azərbaycanda və ABŞ-da rəqəmsal marketinq və PR xidmətləri verir. Şirkətin səhmdarı və siması futbol ulduzu Ronaldinyodur. Dünyanın mütəlif ölkələrində səfərlərdə olub. Azərbaycan həqiqətlərinin ABŞ-da stendlər vasitəsilə yayımını həyata keçirib. Şirkət dünyanın aparıcı media qurumlarına çıxışı təmin edir.
Tural Əfəndiyev – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri. “Dokuz Eylül” Universitetinin doktorantıdır.
Azərbaycanda tarix və coğrafiya ixtisasları üzrə bakalavr, İstanbulda idarəetmə ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan-Türkiyə arasında münasibətlərin inkişafına, habelə biznes əlaqələrinin qurulmasına töhfələr verib. Azərbaycan Sahibkarlar Konfedrasiyasında (ASK) təmsil olunur.
Günel Zeynalzadə – Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü. “HG Group”un təsisçi direktoru , “Zaf” şirkətinin həmtəsisçisi, “HG Print”, “HG Dijital”, “HG Sketch” şirkətlərinin təsisçisidir.
Biznes fəaliyyətinə qədər jurnalistika və reklam sahəsində fəaliyyət göstərib. Aparıcı media resurslarında və şirkətlərdə rəhbər vəzifələr tutub.
Günaz.TV
Belçika parlamentinin İrana müxalif üzvünü həyatı təhlükədədir
"Anadolu"nun jurnalisti Qəzzada öldürüldü
Metallurgiya zavodunun işçiləri tətilə başlayıb
Milli aktivist Təhlükəsizlik İdarəsinə çağırılıb
Qəzvində etiraz aksiyası keçirilib
Təbrizdə bir neçə fəal müvəqqəti azadlığa buraxılıb
Nərgiz Məhəmmədi dünyanın 25 nüfuzlu qadınları sırasında
"Azərbaycan-Rumıniya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var"
Güneyli fəal Yaşar Təbrizi təkadamlıq kameraya salınıb
ANAMA: Ermənistanın mina istehsalçısı olduğu təsdiqlənib
“İranın nüvə proqramının vəziyyəti qeyri-müəyyəndir”- AEBA
İran Azərbaycana qarşı olan terrorçuları mükafatlandırdı
İrandan Azərbaycana 18,8 kq narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
İran hökuməti bəluçların Zahidanda evlərini dağıdıb
"İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq"
Əli Xaməneyi Fələstin dövlətinin qurulmasına qarşı çıxdı
Məhbus təbrizli tələbə yenidən aclıq aksiyasına başlayıb
“İranla Rusiyanın hərbi əməkdaşlığı qonşularına ziyanvericidir”- ABŞ
Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib
Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşünə qatılacaq
Bəhai vətəndaşın bəhailərə məxsus qəbristanlıqda basdırılmasına icazə verilməyib
İranda ətlik hevan çatışmır
"15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər"- erməni spiker
25 şəhərdə etiraz aksiyası keçirilib
Amerikanın döyüş gəmisi Husilərin həmlə etdiyi tankeri qurtarıb
Yeni dünya düzəni və Güney Azərbaycanın istiqlalı
Azərbaycanlı milli fəal məhkəməyə çağırılıb
“İranla Rusiyanın hərbi əməkdaşlığı qonşularına ziyanvericidir”- ABŞ
Amerikalı senator İrana qarşı əməliyyat keçirməyə çağırıb
Məhbus təbrizli tələbə yenidən aclıq aksiyasına başlayıb
Hər üç iranlıdan biri yoxsulluq həddinin altında yaşayır
Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib
İran Azərbaycana qarşı olan terrorçuları mükafatlandırdı
Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşünə qatılacaq
Daha 17 ailə Laçına yola salınıb
Qoşaçaylı fəal təhlükəsizlik idarəsində dindirilib
Amerikanın təyyarədaşıyan gəmisi İran körfəzinə gəldi
Milli şüarlara görə Təbriz klubuna təzyiq göstərilir