GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Güneyli siyasi məhbusun Nobel sülh Mükafatına namizədliyi verildi
Zahidanın Qanlı Cüməsinin ildönümündə saxlanılanların sayı artır
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
Zelenski silahlanma üzrə yeni ittifaq yaradıldığını açıqlayıb
XİN: "Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur"
“Zahidan qırğını ayrı-seçkiliyin nəticəsidi.”- Moləvi Əbüdlhəmid
DTX: Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb
İsveçrə İrana sanksiya tətbiq etdi
Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən yol gələn il hazır olacaq
BMT missiyası yaxın günlərdə Qarabağa gələcək
Media nümayəndələri Cəbrayıldadır
Şərqi Azərbaycanda dəm qazından ölənlərin sayı açıqlandı
Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir
4 bəhai qadın həbs edildi
BMT Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb
Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir
Zahidanda etirazçılara atəş açılıb
Erməni millət vəkilləri İrandan yardım istədi
Prezident: "Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir"
ABŞ İranı daimi təhdidlər siyahısına saldı
“Qadınlara şiddətə qarşı layihə 10 ildir baxılmaz qalıb”- iranlı siyasətçi
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir
"Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq"
Zahidanda elan edilməmiş hərbi vəziyyət hökm sürür
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”
Prezident: "2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb, ilin sonuna qədər bu say 5 500-ə çatdırılacaq"
Ermənilər Xocavənddə 2-ci Dünya müharibəsi ilə bağlı kompleksi silah anbarı kimi istifadə ediblər
"İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə 7 milyard ABŞ dolları sərf edilib"
Ermənilər Azərbaycanın Livanda Səfirliyinə hücum edib
ABŞ: İranın ballistik raket proqramı qlobal təhlükəsizliyə təhdiddir
İran rəsmiləri Azərbaycan gerçəkliklərini etiraf edir
İlham Əliyev: "Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir"
İranın aviyasıyası iflic vəziyyətdədir
Separatçı əsgərlər Ermənistan ordusuna cəlb olunacaqlar
Pakistanda partlayış olub, ölənlər və yaralananlar var
Fars əyalətində silahlı qarşıdurma- Axtarışda olan şəxs həbs edilib
Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb
Mədəni fəal Təbriz həbsxanasına köçürüldü
Qarabağda mülki təyinatlı zavodlarda külli miqdarda silah-sursat aşkarlanıb
Yaşar Güler: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir"
Təbrizli millət vəkili: "Azərbaycan xalqını incitdik, özümüzdən uzaqlaşdırdıq"
Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni siyahısı açıqlanıb
Elə hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayan, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) lideri, GünAz TV-nin sahibi Əhməd Obalı ilə müsahibəmizdə də bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.
-Əhməd bəy, hazırda ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlının Azərbaycanda ali təhsil alan Güney Azərbaycanlı tələbələrə təqaüd verilməsi ilə bağlı təklifini necə dəyərləndirirsiniz?
-Məlum olduğu kimi, Azərbaycan Respublikasının keçmiş prezidentləri, həmçinin indiki Prezident İlham Əliyev dəfələrlə 50 milyonluq azərbaycanlılardan söhbət açıb, “Azərbaycan Respublikası 50 milyonluq azərbaycanlının vətəndir”, deyiblər.
Bu, çox doğru bir mövqedir. Təbii ki, bu 50 milyonun cəmi 10 milyonu Azərbaycan Respublikasında yaşayır. “Bəs qalanları hardadır” sualına cavab verərək deyə bilərik ki, əksəriyyəti Güney Azərbaycandadır. Təbii ki, güneylilər olaraq belə bir gözləntimiz var ki, Azərbaycan Respublikası bizə müəyyən dəstək versin. Fikirləşirəm ki, Güneydən gəlib Azərbaycan Respublikasında ali təhsil alan tələbələrə dəstək verilməlidir.
Amma təqaüd verilərkən xüsusi bir məqama nəzər yetirilməldir. Təqaüd o kəslərə verilməlidir ki, onlar gələcəkdə Güney Azərbaycanda strateji vəzifələrdə işləyə bilsinlər. Yəni bu gün diş texniki, yaxud əczaçı təhsili üçün təqaüdə ehtiyac yoxdur. Bu ixtisaslarda bizimkilər İranda zatən təhsil ala bilirlər.
Amma bizə öz tariximizi, ana dilimizi öyrənib sonra onları Güneydə gələcək nəsillərə öyrədəcək kadrlar lazımdır. Eyni zamanda siyasi elmlər, dövlət idarəçiliyi, beynəlxalq əlaqələr üzrə ali təhsilli kadrlara ehtiyacımız var.
Arzu edərdim ki, əgər bu təqaüd təklifi reallaşarsa, sadaladığım ixtisaslar üzrə təhsil alan tələbələrə daha çox önəm verilsin. Təbii bu zaman çox dəqiq seçim də aparılmalıdır ki, İran rejimi öz adamlarını bu sıraya sala bilməsin.
Bir şeyi də deyim ki, bəlli şərtlərdən dolayı ola bilsin ki, Azərbaycan dövləti bu təqaüdü ayıra bilməsin. Amma müəyyən qurumlar, iş adamları, xeyriyyə təşkilatları bunu edə bilər. Hətta bunun üçün müstəqil bir fond, yaxud cəmiyyət yaratmaq olar ki, bu məsələləri koordinasıya etsin. Ümumiyyətlə Zaur bəyin o təklifi çox müsbət və alqışa layiqdir.
-Güney Azərbaycan hər zaman öz milli haqları uğrunda mübarizə aparıb. Amma son vaxtlar burada bir başqa dirəniş görürük. Ümumiyyətlə, hazırda Güneydə mübarizə hansı mərhələdədir?
-Güney Azərbaycan hərəkatı azadlıq, milli qurtuluş hərəkatıdır. Bu, Güney Azərbaycan türklərinin öz müqəddəratını təyin etmək üçün başladılan hərəkatdır. İranda şah dövründən sonra, Xomeyni gəlir-gəlməz bu hərəkat Təbrizdə başlayıb. Amma 1980-ci ildə onu dağıtdılar, yüzlərlə azərbaycanlını öldürdülər. Bununla belə mübarizə bitmədi. Doktor Cavad Heyətin “Varlıq” jurnalını dərc etməsi ilə ziyalıların timsalında milli hərəkat davam etdi.
Nəhayət müasir hərəkatımızın atası kimi dəyərləndirə biləcəyimiz Prof. Dr. Məhəmməd Tağı Zehtabinin tələbələrlə birgə fəaliyyəti, tarix kitabının yazılması, Babək qalasına yürüşlə növbəti mərhələ başladı və bu gün davam edir. Milli hərəkatdan danışarkən təbii ki, Güney Azərbaycandakı fədakar milli fəallarımız, Abbas Lisani kimi rəhbər olmağa layiq bir insan, həmçinin digər fəalların da fəaliyyətini dəyərləndirməliyik.
Onu da deyim ki, 2005-ci ildə GünAz TV-nin yaranması ilə milli fəallarımızın daha da əli-qolu açıldı. Milli azadlıq hərəkatı ziyalılar sinifindən xalqın içərisinə doğru yayılmağa başladı.
Bu gün o səviyyəyə çatmışıq ki, artıq Təbrizdə açıq-aydın “Azadlıq, ədalət, milli hökumət” əsas şüara çevrilib. Yəni xalqımız öz müqəddəratını həll etmək üçün milli hökumət istəyir. Hərəkat gücləndikcə əsas hədəfə doğru daha çox addımlar atılır.
Biz Tehrandan gələn hay-küyə əhəmiyyət vermədən öz işimizi davam etdirdikcə milli azadlıq hərəkatımız da son hədəfinə çatacaq. Bir məqamı da vurğulamaq istəyirəm. Bəzi insanlar var ki, onlar milli hərəkatımızı İran daxilində çərçivələmək tərəfdarıdırlar. Əgər onlar irəli çıxsalar bizim hərəkatımız məğlub olacaq. Amma bizim hədəfimiz azadlıq, milli müqəddəratın həllidir.
Təbii ki, son mərhələdə də Güneylə Quzeyin birləşməsi, vahid Azərbaycanın yaranmasına nail olmaqdır. Bir sözlə, azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır.
-Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri Güneyə necə təsir etdi?
-Vətən müharibəsi günlərində Güney Azərbaycanda misilsiz bir həyəcan vardı. Azərbaycan Respublikasına, Azərbaycan ordusuna açıq-aydın dəstək vardı. Biz də GünAz Tv olaraq bu 17 ildə mütəmadi olaraq çalışdığımız kimi müharibə günlərində də Güney Azərbaycanlıları müharibənin gedişi ilə bağlı məlumatlandırırdıq.
İranın Ermənistana silah göndərməsinə Güney Azərbaycanın etirazlarını işıqlandırırdıq. Müharibə dövründə Güney Azərbaycanlılar İranın bu addımına qarşı iki dəfə geniş etiraz aksiyası keçirdi. İranın, cənab Prezident İlham Əliyevin dediyi kimi, əyalət mollaları da məcburən Azərbaycanın mövqeyini üzdə də olsa dəstəkləmək məcburiyyətində qaldılar.
Amma İran dövləti həmişəki kimi yenə də Ermənistana gizlicə, bəzən də açıqca yardımını əsirgəmədi.
Həm Azərbaycan ordusunun qalib gəlməsi, həm xüsusilə Şuşanın işğaldan azad edilməsi Güney Azərbaycanda xalqımızın içərisində çox böyük bir ruh yüksəkliyi yaratdı. Əlbəttə, tarixi Zəfərin Güney Azərbaycandakı milli azadlıq hərəkatına da çox böyük müsbət təsiri var.
Xüsusilə də Şuşa Bəyannaməsindən sonra Azərbaycan dövləti daha qüdrətli hala gələrək həm regionda nüfuzunu daha da artırır, həm də İranın təxribatının qarşısnda çəkinmədən öz sözünü deyir.
Amma əvvələr belə deyildi. Bu qələbədən əvvəl bəzi məqamlar baxımından İranla bir az ehtiyatla davranmaq gərək idi. İran isə bundan sui-istifadə edib Azərbaycanın daxilində çoxlu təxribatlar yaratdı. Nardaran hadisələri, yaxud Ocaq Necadın qaçmasından əvvəl təxribatçı hərəkətlər və s. buna misaldır. Ancaq artıq qalib Azərbaycan var. İran da ayağını dənk almalıdır.
Artıq İranın təxribatları tez bir zamanda ifşa edilir. Bu proseslərin isə Güney Azərbaycan hərəkatına çox müsbət təsiri var. Yəni biz millət olaraq İkinci Qarabağ müharibəsinə qədər Quzey Azərbaycanı Güneyə bir dəstəkçi kimi görə bilmirdik.
Amma müharibədən, Şuşanın azadlığından sonra biz görürük ki, həm Türkiyədə, həm də Azərbaycanda Güney Azərbaycanla bağlı məsələlər daha çox müzakirə olunur. Azərbaycançılıq xətti Güneydə və Quzeydə paralel olaraq irəli gedir. Qarabağın azadlığı sanki Təbrizin azadlığına bir yol kimidir.
Vahid Azərbaycanın ilkin cücərtiləri vahid diasporda özünü göstərməlidir
-Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından sonra Azərbaycan diaspor siyasətində yeni dönəm başlayıb. Bu dönəmdə xaricdə yaşayan güneylilərin diaspor siyasətində rolu necə olmaldır?
-Azərbaycan diaspor siyasətinə xüsusi önəm verən bir ölkədir. Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi var. Təəssüflər olsun ki, bu Komitə əvvəllər yaxşı işləmədi. Hətta diaspor işinə ziyan verdi. Amma son dövrdə, hörmətli Fuad Muradov Komitəyə sədr təyin olunandan sonra bir yenilik gətirib. Xaricdə yaşayan azərbaycanlılar ciddi və planlı iş görməkdədirlər.
Təbii ki, xaricdə yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlıların böyük bir hissəsi güneylilərdir. Ümumilikdə Komitənin əməkdaşları güneylilərlə bağlı müsbət mövqe sərgiləyirlər. Elə Şuşadakı qurultayda güneylilərin xüsusi bir şəkildə təmsil olunması dediklərimizi təsdiqləyir.
Yəni Quzey, Güney fərqi yoxdur. Hər birimiz azərbaycanlıyıq. Konkret sualınıza gəlincə, biz Prezidentin qurultaydakı çıxışında səslənən mesajlara diqqət etməliyik. Mən özüm də qurultayda iştirak edirdim. Azərbaycan Prezidenti çıxışında çox mühüm mesajlar verdi. Hədəflər müəyyən edildi. Hətta panel iclaslarında da eyni məsələlər müzakirə olundu.
Bu məsələlər və mesajlar nədən ibarət idi? Birincisi azərbaycançılıq və vətənsevərlik üzərində idi. Azərbaycan Prezidenti azərbaycançılığa, yəni vətənpərvərlyə çox böyük önəm verdi və bu da bütöv azərbaycanlıların ən böyük istəklərindən biridir.
İkincisi Azərbaycan Prezidenti Azərbaycan dilinin diaspor təmsilçiləri, onların övladları tərəfindən yaxşı öyrənilməsi və bilinməsi haqqında danışdı. Sonra milli birlikdən, sistemli fəaliyyətdən bəhs etdi. Bütün bu işlərin reallaşması üçün əsas vəzifə dünya azərbaycanlılarnın üzərinə düşür.
Bundan sonra quzeyli, güneyli fərqi qoymadan, Prezidentin bəyan etdiyi kimi bir millət olaraq özümüzə güvənib irəli getməliyik. Bunun üçün də hesab edirəm ki, yeni dönəmdə güneyliləri də vahid diasporumuzda ön sırada tutsalar bu, ümumilikdə Azərbaycan dövlətinin xeyrinə olan bir məsələ olacaq.
Biz güneylilər üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Eyni zamanda, quzeydən olan bacı-qardaşlarımızın da üzərində belə bir vəzifə var ki, bizləri – güneyliləri özlərindən uzaq görməsinlər. Hər yerdə, dünyanın hər nöqtəsində Güney-Quzey birliyi, vahidliyini nümayiş etdirməliyik. Vahid Azərbaycanın ilkin cücərtiləri vahid diasporda özünü göstərməlidir.
-Qurultaydan söz düşmüşkən, bir iştirakçı kimi bu tədbiri necə dəyərləndirərdiniz?
-Bu tarixi qurultay adına layiq oldu. Çox gözəl və mükəmməl keçdi. Gözəl təşkilatçılıq vardı. Komitənin işçiləri Prezidentin tapşırıqlarının icrası istiqamıtində tam gücü ilə və məsuliyyətlə çalışdılar. Buna görə hər kəsə minnətdarlıq edirəm. (bayraqdar.info)
Ayxan
İsveçrə İrana sanksiya tətbiq etdi
"Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq"
Yaşar Güler: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir"
Təbrizli millət vəkili: "Azərbaycan xalqını incitdik, özümüzdən uzaqlaşdırdıq"
Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir
Qənirə Paşayeva vəfat etdi
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatı aparılacaq
Erməni siyasi elmlər müəllimi gerçəklikləri etiraf edib
Sistan və Bəluçistana ordu yeridiıir
Prezident Zəngilanda yaşayış komplekslərinin və uşaq bağçasının təməlini qoyub
Prezident Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib
"SEPAH peyk fırlatmaqla BMT-nin qətnamələrini pozur."- Amerika
Prezident İlham Əliyev Cəbrayıla səfər edib
"Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub"
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib
Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Mədəni fəalın həbs müddəti uzadılıb
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
Erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib
Birbaşa atəş açılması ilə azı 138 nəfərin göz xəsarəti aldığı müəyyən edilib
Urmuda Azərbaycan dilində kitablar paylandı
Azərbaycanda yeni beynəlxalq radio yayına başlayır
Azərbaycanlı siyasi məhbusa təzyiq göstərilir
“Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nəticə çıxarıb-çıxarmadığını göstərəcək”
İran düşməni ilə İrəvanda “Qarabağ görüşü” keçirdi
İranda assimiliyasiyanın əsas amacları
Şoyqu: "Ukrayna məhvə doğru gedir"
İran təhdidi İsraillə ərəb ölkələrinin yaxınlaşmasına səbəb olub
"İsrail ilə Azərbaycan arasında hər şey əladır"
BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymasını tələb edib
Zəncanlı fəalın taleyi barədə məlumat verilmir
Mədəni fəalın həbs müddəti uzadılıb
İranda nazirliyin saytına haker hücumu oldu- Minlərlə əlumat ələ keçirilib
Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşünə münasibət bildirib
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Öldürülən qəzvinli gəncin ailəsi həbsxanaya köçürülüb