Azərbaycan lideri: "Yaxın həftələrdə Ermənistandan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik"

12.08.2022, 19:47

"İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə".

Gunaz.tv Quote | Gunaz article

 Bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

“Çünki müharibə başa çatandan dərhal mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. 

Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər də gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”, - deyən dövlətimizin başçısı gələcəyə nikbinliklə baxdığını bildirib. 

Prezident İlham Əliyev bir daha xatırladıb: “Həmişə istədiyimizə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məlikanda azərbaycanlı fəal Əmir Sadiqiyan həbs edilib

2022-09-29

gun az article

"Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar"-Jalə Təbrizli

2022-09-29

gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28

gun az article

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022-09-28

gun az article

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

2022-09-28

gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27