SON XƏBƏRLƏR

Azərbaycan mədənləri hesabına Kirman idmanı maliyyələşdirilir

2022.02.11, 10:47
Azərbaycan mədənləri hesabına Kirman idmanı maliyyələşdirilir

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani bir daha Güney Azərbaycan mədənlərinin talandığını və bunun hesabına Kirman əyalətinin idman infrastrukturuna külli məbləğdə pul ayrıldıını deyib.

Onun sözlərinə görə, əsasən Şərqi Azərbaycan əyalətinin mis mədənlərindən əldə edilən gəlirlər hesabına büdcəsi təmin olunan İranın “Milli Mis Şirkəti” hər il Kirman əyalətinin idman unfrastrukturuna və idman klublarına 1000 milyard tümən büdcə ayırır.

“Traxtur” idman klubu problemlərlə üzləşib və azərbaycanlılar, klub fanatları ortalama 30-40 milyon tərəfdarı olan klubun “Süngün” mis mədəninin potensial və imkanları hesabına dəstəklənməsini, çətinliklərinin həll olunmasını istəyirlər”-deyə, Dehqani bildirib.
O, Sənaye, Mədən və Ticarət nazirinin razılığına baxmayaraq Milli Mis Şirkətinin “Traxtur” komandasına dəstək verməkdən və problemlərinin həlli üçün büdcə ayırmaqdan imtina etdiyini söyləyib.

“Süngün” mis mədəni kompleksi “Traxtur” və “maşınsazi” idman klublarını alaraq öz malikiyyətinə keçirmək imkanına sahibdir. Bunun heç bir qanuni problemi yoxdur. Məsələ ilə bağlı qanuni əngəlləri ortaya atanlar sadəcə Azərbaycan xalqının öz sərvətlərindən onun klublarına pul ayırmamaqları üçün əsassız bəhanədir”-deyə, millət vəkili qeyd edib.

Qeyd edək ki, yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə anlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib. 

Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncanın nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər. 

Məsələnin üstündən keçən müddət ərzində müxtəlif bəhanələrlə Azərbaycan klublarının malikiyyəti barədə qərar gecikdirilir, onlara maliyyə dəstəyinin verilməsinə ənəgəllər törədilir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar