SON XƏBƏRLƏR

Azərbaycana aid 3 min illik tarixi əsərin saxlanma şəraiti etiraz doğurdu- VİDEO

2022.07.28, 08:28
Azərbaycana aid 3 min illik tarixi əsərin saxlanma şəraiti etiraz doğurdu- VİDEO

Gunaz.tv

Sosial media istifadəçiləri Azərbaycanın nadir tarixi əsərinin saxlanılma formasından narazılıqlarını bildirib, bununla bağlı çoxlu sayda paylaşımlar ediblər.

Bundan öncə Xiyav şəhərinin Mədəni İrs Təşkilatı "Qızıl cam"ın qorunduğunu və onun saxlanılması ilə bağlı işlər görüldüyünü demişdi.

Məsələnin sosial mediada narazılıqla qarşılandığından sonra Mədəni irs naziri tarixi əsərin orjinallığını şübhə altına alıb, onun "həqiqiliyi"nin araşdırıldığını iddia edib.

2014-cü ilin iyun ayında Xiyav şəhərinin Əhmədbəyli kəndində başqa 300 tarixi əsərlə bir yerdə tapılan adı çəkilən əsər bu günə kimi Azərbaycan muzeylərindən heç birinə verilməyib.

 Bununla yanaşı bundan öncə 2019-cu ilin mart ayında Xalxalda tarixi qəbiristanlıqda tapılan "gümüş cam" və başqa 400 tarixi əsərin bu günə kimi taleyindən xəbər yoxdur.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar