SON XƏBƏRLƏR

Azərbaycanın Tehrandakı səfiri Xoy zəlzələsi ilə bağlı paylaşım edib

2022.10.06, 10:14
Azərbaycanın Tehrandakı səfiri Xoy zəlzələsi ilə bağlı paylaşım edib

Gunaz.tv

"Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində çox sayda insanın xəsarət almasından və yaralanmasından kədərləndim. Yaralılar üçün şəfa və səbr diləyirəm",- deyə, səfir özünün sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, oktyabrın 5-i səhər saat 03:51 və 17-21 dəqiqədə  eyni yerdə qeydə alınan 5.7 bal və 4.6 bal gücündə zəlzələ nəticəsində 50 ev tamamilə dağılıb, 500 ev xəsarət alıb.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1000 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 135 nəfəri xəstəxanalara yerləşdirilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar