SON XƏBƏRLƏR

Azərbaycanın Tehrandakı səfiri Şuşa adının təhrif edilməsinə münasibət bildirib-VİDEO

2022.02.10, 19:19
Azərbaycanın Tehrandakı səfiri Şuşa adının təhrif edilməsinə münasibət bildirib-VİDEO

Gunaz.tv

“Həssas məsələlərə gəlincə, iki ölkə xalqının hisslərini incitməmək üçün hər iki ölkə ciddi olmalıdır və media bu yöndə fəal rol oynayacaqdır.

Məsələn, İranda Şuşanın “Şuşi” kimi qeyd edilməsi, şübhəsiz ki, iki ölkə xalqını narahat edəcək. Yəni, bu kimi həssas məsələlərə diqqət yetirməklə cəmiyyətin ictimai rəyini nəzərə almalı, mənfi fikirin yaranmasına imkan verməməliyik”-deyə, Əlizadə bildirib.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında Tehran Şəhər Şurasının 2710-127 saylı qərarından sonra Tehranda bəzi keçidlərin adları yeni erməni adları ilə dəyişdirilib.

Bununla yanaşı bır sıra qıraq küçələrə Azərbaycan şəhərlərinin adlarını təhrif olunmuş forması “Badkubə”, “Şuşi”, başqa bir keçidə isə “Nardaran” adı verilib.

Verilən məlumatda iki kiçik küçəyə “Aran” və “Lənkəran” adının verilməsi qeyd olunub. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar