SON XƏBƏRLƏR

Vərziğanın “Mis Süngün” futzal komandası ikinci yeri tutub

2022.03.12, 04:03
Vərziğanın “Mis Süngün” futzal komandası ikinci yeri tutub

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin “Mis Süngün” komandası Mazandəran əyalətinin Sari şəhərinin “Şəhrvənd” klubu ilə qarşılaşıb.

Gərgin keçən oyun 2-0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.

Rəqib komandanın qapısına qolları Həmid Əhmədi və Həmzə Kədxudayi keçiriblər. 

Qeyd edək ki, futzal üzrə İran Premyer Liqasının son mövsümlərində ardıcıl olaraq dörd dəfə çempion olan “Mis Süngün” İspaniyanın “Barselona”, Portuqaliyanın “Sporting”, Rusiyanın “Sinara” və Braziliyanın “Megnus” klubları ilə eyni sırada yer alıb.

Dünya çempionatı öncəsi sonuncu təlim düşərgəsində millidən kənarlaşdırılan Vərziğanın “Süngün” klubunun oyunçusu Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı siyahısına salınıb.

Azərbaycan komandasının qapıçısı Əlirza Səmimi isə dünyanın ən yaxşı 10 qapıçısından biri seçilib.

“Mis Süngün” komandasını Premyer Liqanın çempionluğuna aparan klubun keçmiş baş məşqçisi Əhməd Bağbanbaşı 2021-ci ilin ən yaxşı 19 baş məşqçisindən biri seçilib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar