SON XƏBƏRLƏR

Azərbaycanın nümayəndəsi BMT Baş katibinə ermənilərin cinayətlərini ifşa edən məktub göndərib

2022.06.11, 17:58
Azərbaycanın nümayəndəsi BMT Baş katibinə ermənilərin cinayətlərini ifşa edən məktub göndərib

Gunaz.tv

Bu barədə Azərbaycan BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubunda qeyd edilir.

Bildirilir ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün respublikamızın ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. 

Bu torpaqlardakı erməni təcavüzkarların cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasın (1972) prinsiplərinə ziddir.

Məktubda Azərbaycanın mədəniyyət abidələrinin, tarixi və dini obyektlərinin erməni işğalçıları tərəfindən məhv və qarət edilməsi istiqamətində sistemli addımlar atdığı barədə faktlar təqdim olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarındakı mədəni irsi təxribat yolu ilə istismar etməklə yanaşı, onilliklər boyu davam edən anti-azərbaycan nifrətini asanlıqla ifşa edən çoxsaylı faktlara susur. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar