SON XƏBƏRLƏR

Azərbaycanın İsrailə ilk səfiri təyin olunub

2022.12.30, 10:07
Azərbaycanın İsrailə ilk səfiri təyin olunub

Gunaz.tv

Bu barədə Haqqın.az saytı məlumat yayıb. M.Məmmədov elm və təhsil nazirinin müavini postunu tutub.

M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Bundan başqa Belçikada Avropa kollecini, Prezident yanında Dövlət idarəçiliyi Akademiyasını bitirib.

2005-2013-cü illərdə XİN-də işləyib. 2009-2013-cü illərdə Azərbaycanın Belçikada səfiri olub.

2013-cü ildə təhsil sektoruna təyinat alıb. Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi, Aparat rəhbəri vəzifəsində çalışıb. Ötən ilin aprelindən nazir müavini təyin edilib.

İsraillə elm və təhsil sahəsində əməkdaşlıq layihələrini kurasiya edib.

Rus, ingilis və türk dillərini bilir.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar