Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda təlim keçirib-VİDEO

06.04.2022, 21:18

Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Təlimin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər.

Sərhəd naryadından daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılır. “Həyəcan qrupu” hadisə baş vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu ərazinin qapadılması üçün hərəkət edirlər. 

Dövlət sərhədinin pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd komendantlığının mobil qrupları və sərhəd zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata keçirilir.

Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Axtarış rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi qapadılır. 

Birgə fəaliyyət zamanı təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda reydlər keçirilir, əməliyyat rayonunun giriş-çıxış yollarında nəzarət məntəqəsi xidməti təşkil olunur.

Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanır və sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.

Təlimin yekununda "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini - qərargah rəisi polkovnik Muxtar Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəal Möhsün Möhsünzadə Ərdəbil zindanına köçürülüb

2022-09-30

gun az article

Ərdəbildə etirazçılar polis qüvvələrini qaçmağa məcbur ediblər-VİDEO

2022-09-30

gun az article

“Sözümüz” proqramında müzakirə: “Nə etməliyik?” - VİDEO

2022-09-30

gun az article

"Hak medetkar oldu Azerbaycan etrakına"-Mayis Əlizadə yazır

2022-09-30

gun az article

Ərdəbildə etiraz aksiyaları başlayıb-VİDEO

2022-09-30

gun az article

Əbhərdə həbs edilən daha 3 fəalın kimliyi bəlli olub

2022-09-30

gun az article

Təbriz etirazlarında həbs edilən 4 azərbaycanlı kinematoqrafçının taleyindən xəbər yoxdur

2022-09-30

gun az article

Güney Azərbaycanda onlarla fəal həbs edilib

2022-09-30

gun az article

Təbrizdə َyeniyetmə Atilla Ərfəi həbs edilib

2022-09-30

gun az article

İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı yenidən Azərbaycanı ittiham edib-VİDEO

2022-09-30

gun az article

Təbrizli fəal Seyid Məhəmmədrza Müvəhhid müvəqqəti azadlığa buraxılıb

2022-09-30

gun az article

Məlikanda azərbaycanlı fəal Əmir Sadiqiyan həbs edilib

2022-09-29

gun az article

"Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar"-Jalə Təbrizli

2022-09-29

gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28