SON XƏBƏRLƏR

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022.05.27, 05:47
"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

Gunaz.tv

Müraciətdə bildirilir ki, Əyyub və Davud Şiri qardaşlarının həbsindən bir həftə keçməsinə baxmayaraq onlara ailələri ilə görüş və telefon danışığına icazə verilmir.

Üstəlik yaxınları onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat ala bilmir.

Təşkilat bununla yanaşı Təbriz zindanında saxlanılan və ağır xəstəlikdən əziyyət çəkən başqa milli-mədəni fəal Ruzbeh Pirinin həbsxananın 15-ci bölməsində narkotik maddə alveri və istifadəsində günahlandırılan məhkumlarla bir yerə salındığını yazıb.

Azərbaycan İnsan Haqları Təşkilatı Ruzbeh Pirinin yerinin dəyişdirilməsi və müalicə olunması ilə bağlı tibbi məzuniyyətə buraxılması müraciətlərinə zindan məsullarının mənfi cavab verdiklərini bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar