SON XƏBƏRLƏR

Azərbaycan qaziləri Anıtqəbri ziyarət edib

2023.01.10, 08:47
Azərbaycan qaziləri Anıtqəbri ziyarət edib

Gunaz.tv

Yanvarın 9-da isə Azərbaycan qaziləri paytaxt Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər.

Bu barədə səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

O, “Biz ənənəyə sadiq qalaraq paytaxt Ankaraya gələn kimi, ilk növbədə Anıtqəbri ziyarət etdik. Ziyarət zamanı dahi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. 

Onların arzularına nail olmaları, müstəqil və azad yaşamaları bizi çox məmnun edər və sevindirər. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” kəlamını bir daha xatırladıq və Türkiyə Cümhuriyyətinin banisinin ruhuna dualar oxuduq” deyib.

E.Həsənli onu da bildirib ki, ziyarət maraqlı və təsirli məqamlarla yadda qalıb: “Ziyarətə gələn Türkiyə vətəndaşları Azərbaycan qazilərini görən kimi bizə yaxınlaşır, səmimi söhbət edir, tarixi Zəfərin əldə edilməsinə görə bir daha qazilərimizi təbrik edir və xatirə şəkli çəkdirirdilər”.

E.Həsənli deyib ki, Azərbaycan qaziləri Ankara Böyükşəhər Blədiyyəsinin başqanı Mansur Yavaşla görüşüb.

Görüşdə E.Həsənli Türkiyə-Azərbaycan qardaşlığından, Qarabağ müharibəsində qardaş Türkiyənin bizə mənəvi-siyasi dəstəyindən və bu dəstəyin hər zaman qarşılıqlı şəkildə olduğundan söhbət açıb: “Öz növbəsində M.Yavaş qazilərimizi görməkdən məmnun olduğunu dedi və Zəfər münasibətilə təbrik etdi. 

O, qardaşlığımızın əbədi olmasını dilədi. Sonra qazilərimiz tərəfindən bələdiyyə başqanına hədiyyələr təqdim edildi və xatirə şəkli çəkildi”.

E.Həsənli deyib ki, Azərbaycan qaziləri Ankarada bir sıra digər görüşlərdə də iştirak ediblər.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar