SON XƏBƏRLƏR

Azərbaycan Gürcüstana dərslik göndərdi

2021.10.20, 07:36
Azərbaycan Gürcüstana dərslik göndərdi

Gunaz.tv

Nazirlikdən verilən məlumata görə, sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, “Ana dili və ədəbiyyat” dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclası və 29 sentyabr 2021-ci il tarixində Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir. 

Son 5 ildə Təhsil Nazirliyi tərəfindən 95 710 ədəd dərslik və metodik vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə göndərilib.(report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar