SON XƏBƏRLƏR

Azərbaycan Ordusuna dəstək aksiyasında saxlanılan urmulu fəal polis bölməsinə çağırılıb

2022.03.06, 05:43
Azərbaycan Ordusuna dəstək aksiyasında saxlanılan urmulu fəal polis bölməsinə çağırılıb

Gunaz.tv

Bundan öncə son həftə ərzində telefon vasitəsilə dindirilməyə çağırılan güneyli fəal bunu qanunsuz sayaraq yazılı bildiriş istəmişdi.

Huşəng Nəğizadənin yaxınlarının verdiyi məlumata görə, o polis bölməsinə getdikdən sonra bir neçə saat müddətində dindirilib.

Milli fəal orada psixoloji basqılara məruz qalıb, hədələnib.

Urmulu fəal bundan öncə 2006-cı il Ümumdünya Ana Dili Günü, 2013-cü il Ümumdünya İşgəncələrə Qarşı Mübarizə Günü təzyiqlərə məruz qalıb, saxlanılıb.

Bundan başqa 2018-ci ildə “Tərhi-No” qəzetinin azərbaycanlıları təhqir etməsinə etiraz etdiyi və 2020-ci ildə Azərbaycan Ordusuna dəstək aksiyalarına qatıldığı üçün həbs olunmuşdu. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar