Azərbaycan Ordusunda yeni hərbi hissə yaradıldı - VİDEO

26.11.2021, 10:29

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.

Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

“Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı”nı qəbul edib.

Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. 

Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda koronavirusdan daha 20 nəfər ölüb, 5 276 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2022-01-21

gun az article

Hind okeanında birgə hərbi təlimlər: İran, Çin və Rusiyanın hərbi gəmiləri dəniz hədəflərinə atəş açıblar

2022-01-21

gun az article

Ermənistan prezidenti: “Azərbaycanla danışıq aparmaqdan başqa yol yoxdur”

2022-01-21

gun az article

Lavrovdan Bakı və İrəvana çağırış: "Sərhədlərin dəqiqləşdirilməsi tezləşdirilməlidir"

2022-01-21

gun az article

İranın İlam və Rəşt şəhərlərində daha 4 məhkum edam edilib

2022-01-21

gun az article

Xuzistanda 2 yerli ərəb təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb

2022-01-21

gun az article

Prezidentin tapşırığı ilə “zəfər.az” saytı yaradılıb

2022-01-21

gun az article

İranın Sənəndəc şəhərində un qıtlığı: Çörək mağazalarının qarşısında izdiham yaranıb

2022-01-21

gun az article

"20 yanvar çağdaş tariximizin qürur səhifəsidir"-Azər Həsrət

2022-01-21

gun az article

24 saatlıq məxfi əməliyyat zamanı 2 post və 24 erməni zabitini ələ keçirdik - VİDEO

2022-01-21

gun az article

Antoni Blinken: “İranla nüvə danışıqları həssas və kritik nöqtəyə çatıb”

2022-01-21

gun az article

Çexiya Ukraynanın silah arsenalını gücləndirir

2022-01-21

gun az article

“Ermənistan bundan nəticə çıxarmalıdır” - Hikmət Hacıyev

2022-01-21

gun az article

Çavuşoğlu israilli həmkarı ilə danışdı

2022-01-21

gun az article

Rusiya qazı İrana Azərbaycan vasitəsilə ötürülə bilər

2022-01-21

gun az article

Ərdoğan Türkiyənin Putin-Zelenski görüşünə ev sahibliyi etmək istədiyini təsdiqləyib

2022-01-20

gun az article

Hüseyn Əmir Abdullahiyan: "İran və Rusiya prezidentləri 20 illik əməkdaşlıq ilə bağlı yol xəritəsinin hazırlanmasına göstəriş veriblər”

2022-01-20

gun az article

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

2022-01-20

gun az article

İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib

2022-01-20

gun az article

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

2022-01-20