SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib-VİDEO

2021.11.11, 11:43
Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib-VİDEO

Gunaz.tv

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər suallar məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar