SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun sərhəddə təlimlər keçirməsi güneylilər tərəfindən sevinclə qarşılanıb

2022.11.03, 07:45
Azərbaycan Ordusunun sərhəddə təlimlər keçirməsi güneylilər tərəfindən sevinclə qarşılanıb

Gunaz.tv

Təbrizin "Azərəncümən" xəbər saytı və teleqram kanalında Azərbaycan Müdafiə Nazirliyinin hərbi təlimlərin keçirilməsi ilə bağlı məlumatı yayılıb.

"Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hekmət Mirzəyevin komandanlığı altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib"-deyə, Təbriz saytı Azərbaycan MN-nin məlumatını dərc edib.

Xəbərin şərh bölümündə yüzlərlə güney azərbaycanlı Azərbaycan və fars dillərində yorum yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyiblər.

Güney azərbaycanlı internet və sosial media istifadəçiləri "SEPAH-ın Araz qırağında keçirdiyi təlimlərə tutarlı cavabdır", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycana canlar fəda", "yaşasın Azərbaycan əsgəri" və başqa bu kimi yorumlar yazıblar.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar