SON XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb

2022.08.02, 09:06
Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb

Gunaz.tv

“Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafla bağlı çağırışların artdığı dövrdə Özbəkistan, Azərbaycan və Türkiyə arasında yeni üçtərəfli platforma regional əməkdaşlığı inkişaf etdirmək üçün mövcud səylərə uyğun gəlir”.

Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının birinci iclasında çıxışı zamanı deyib.

“Gözləyirik ki, xarici işlər, iqtisadiyyat, nəqliyyat nazirlərinin rəhbərlərinin iştirakı ilə bu unikal əməkdaşlıq formatı ikitərəfli əlaqələrlə yanaşı, sektorlararası qarşılıqlı fəaliyyətin, iqtisadi-ticari əlaqələrin, həmçinin transsərhəd biznes fəaliyyətinin genişlənməsinə töhfə verəcək”, - nazir bildirib.

O, yeni platformanın gələcəkdə nəzərdən keçiriləcək daimi formata çevriləcəyinə əminliyini söyləyib.

“Nəqliyyat infrastrukturunun inkişafına əsaslanan nəqliyyat kommunikasiyaları sahəsində səmərəli və davamlı əməkdaşlığın təmin edilməsi məqsədilə bu əməkdaşlığı gücləndirmək üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir”, - Azərbaycan XİN rəhbəri əlavə edib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar