Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"

29.09.2022, 05:00

Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in 28 sentyabr tarixli bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb:

"Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9.00 da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. 

İndi də həm, iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.

Aydındır ki, bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq".

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəal Elyar Qafari müvəqqəti azad edilib

2022-12-08

gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07

gun az article

Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

2022-12-07

gun az article

İranda qaşqay türklərinə təzyiqlər davam edir

2022-12-07

gun az article

“Özümüz”: “İranda son gəlişmələr və Azərbaycan-İran münasibətləri” - VİDEO

2022-12-07

gun az article

Saleh Fərhadi müvəqqəti azadlığa buraxılıb

2022-12-07

gun az article

Milli fəal Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

2022-12-07

gun az article

Tələbə hərəkatı fəalı Təbriz zindanında aclıq aksiyası keçirir

2022-12-07

gun az article

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib

2022-12-07

gun az article

Zəncanlı mədəni fəal Saleh Fərhadi həbs edilib

2022-12-06

gun az article

Bostanabadın tarixi Ocan qalası məhv edilir

2022-12-06

gun az article

Təbrizdə xəstəxanaya hücum edilib- Ölənlər var

2022-12-06

gun az article

Təbrizin "Traxtur" klubununa ispaniyalı baş məşqçi rəhbərlik edəcək

2022-12-06

gun az article

Xaqan adlı azərbaycanlı uşağa sənəd verilmir

2022-12-06

gun az article

Həbs edilən qaşqay fəalların taleyindən xəbər yoxdur

2022-12-06

gun az article

Günaz.TV-də müzakirə: “Etirazlar və ”Ərk” Cəmiyyətinin fəaliyyətləri” -VİDEO

2022-12-06

gun az article

Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdur

2022-12-06

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət"-Mərənddə milli şüarlar əks olunan baner asılıb

2022-12-06