SON XƏBƏRLƏR

Azərbaycan əsilli iranlı futbolçu DÇ-2022-yə getməkdən imtina etdi

2022.11.16, 07:20
Azərbaycan əsilli iranlı futbolçu DÇ-2022-yə getməkdən imtina etdi

Gunaz.tv

“Çoxumuz üçün çətin olan bu günlərdə mən həyat yoldaşım və qızlarımla çempionata getməkdən imtina etdim. Ölkəmizdə sizinlə qalmaq istədim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün daha parlaq günlər ümidi ilə...” - deyə o, paylaşımında qeyd edib.

Niderland millisinin əfsanəvi futbolçusu Klarens Zidorf futbolçunun paylaşımına münasibət bildirib.

O, Əli Dayini İran xalqının mənəvi lideri adlandırıb.

“Mən sizin cəsarətinizə, xeyirxahlığınıza və liderliyinizə heyranam. Sizə tezliklə sülh arzulayıram. Sizi, ailənizi və İrandakı bütün qardaş və bacılarımızı çox sevirəm”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Əli Dayinin ölüm cəzasına məhkum edildiyi bildirilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar