SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyənin XİN başçıları Kahramanmaraşda dağıntılar olan ərazilərə baş çəkib, zərərçəkmişlərlə görüşüb

2023.02.11, 14:11
Azərbaycan və Türkiyənin XİN başçıları Kahramanmaraşda dağıntılar olan ərazilərə baş çəkib, zərərçəkmişlərlə görüşüb

Gunaz.tv

Hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.

Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verib.

Hər iki nazir zərərçəkmişlərlə söhbət edib. Çavuşoğlu dağıntılar altında qalmış şəxslərin tez bir zamanda çıxarılacağını deyib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar