Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

20.07.2022, 09:15

19 iyul 2022-ci il tarixində Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Avropa Siyasət Mərkəzində (EPC) keçirilən tədbirdə iştirak edib.

Gunaz.tv Quote | Gunaz article

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə Avropa Siyasət Mərkəzində təşkil edilən “EPC Ceyhun Bayramovla geosiyasətdən danışır” başlıqlı tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin əməkdaşları, müxtəlif beyin mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları və digərləri iştirak ediblər.

EPC-nin baş siyasi təhlilçisi Amanda Polun moderatorluğu ilə baş tutan tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan və Avropa İttifaqı tərəfdaşlığının mühüm məsələlərindən bəhs edib, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda baş tutmuş son görüşü, enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə məlumat verib, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Azərbaycanın bu gün elektrik enerjisi ixracatçısı olduğunu qeyd edən nazir, gələcək illərdə Avropaya yaşıl mənbələrdən əldə edilən elektrik enerjisi ixrac ediləcəyinə inamını ifadə edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov işğaldan azad olmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, bu gün iməcburi köçkün ailələrinin bir qrupunun azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə geri döndüyü məmnunluqla vurğulayıb.

Ardınca xarici işlər naziri Ceyhun Bayramov iştirakçılar tərəfindən ünvanlanan çoxsaylı sualları cavablandırıb, o cümlədən Cənubi Qafqazda İkinci Qarabağ müharibəsi sonrası yaranan yeni vəziyyət, nəqliyyat bağlantıları, sülhün əldə olunması səyləri, habelə Ukraynadakı vəziyyət, Aİ-Azərbaycan arasında enerji sahəsində imzalanan Anlaşma Memorandumunun nəticələri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.(modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19