SON XƏBƏRLƏR

Azərbaycan xalqı şəhidlərini yad edir

2023.01.20, 12:20
Azərbaycan xalqı şəhidlərini yad edir

Gunaz.tv

Bu gün 20 Yanvar faciəsindən 33 il ötür.

İnsanlar bu müqəddəs məkanda yatan şəhidlərin xatirəsini ehtiramla yad edir, onların məzarları qarşısında baş əyirlər. 

İzdihamın arasında dövlət rəsmiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, Bakı sakinləri, paytaxtın qonaqları və bölgələrdən gələn insanlara rast gəlmək olar.

Faciədən 33 il ötməsinə baxmayaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan dəhşətli hadisə unudulmur, hər il Azərbaycan xalqı Şəhidlər Xiyabanına baş çəkərək onlar qarşısındakı mənəvi borcunu ödəməyə çalışır. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar