Azərbaycana qarşı ən barışmaz erməni vəzifədən uzaqlaşdırılır

23.10.2021, 13:41

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı ən sərt və barışmaz mövqedə dayanan Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyanın tutduğu vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.  Artıq Arman Tatoyanı əvəzləyəcək şəxs də tapılıb. Bu şəxsin “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan olduğu bildirilir.

Qəzet yazır ki, Ermənistan hökumətinin administrasiyasındakı müəyyən dairələr Edmon Marukyanın maraqları üçün hazırda lobbiçilik edirlər.

Artıq hakimiyyətin Edmon Marukyanın namizədliyini nəzərdən keçirdiyi də bildirilir.

Ermənistanın hazırkı Ombudsmanı Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatacaq. Nazirlər Kabineti katibi Armen Qriqoryan son müsahibəsində bildirib ki, Tatoyanın səlahiyyət müddəti bitdikdən sonra Ombudsman vəzifəsinə namizəd təqdim ediləcək.

Ombudsman vəzifəsinə adı hallanan Edmon Marukyan isə hələ ki xəbərə reaksiya verməyə tələsmir.

Qanunvericiliyə görə, Ombudsman vəzifəsinə seçilən şəxs partiya sədri ola bilməz. Əgər Edmon Marukyan Ombudsman seçilsə, onda “İşıqlı Ermənistan”ın sədri postundan istefa verməli olacaq.

Ombudsman seçilən şəxs Ermənistan parlamentində ümumi səslərin minimum 3/5-nü qazanmalıdır.

Qeyd edək ki, Ermənistan hökuməti son vaxtlar hazırkı Ombudsman Arman Tatoyanın fəaliyyətindən narazıdır. Hətta Müdafiə Nazirliyi Arman Tatoyanın hərəkətlərini tənqid edərək, onu Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qeyri-dəqiq məlumatlar yaymaqda ittiham edib.

Arman Tatoyan mütəmadi olaraq Azərbaycan əleyhinə sərt çıxışlar edir, açıqlamalar verir, beynəlxalq təşkilatlara mürüciətlər ünvanlayır. 

Onun Ermənistandakı “revanşist qüvvələr”in sırasında olduğunu da qeyd etmək olar. Tatoyan Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini heç cür həzm edə bilmir… (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07

gun az article

Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

2021-12-07

gun az article

İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

2021-12-07

gun az article

Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

2021-12-07

gun az article

“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

2021-12-07

gun az article

PKK-nın daha bir rəhbər şəxsi məhv edildi

2021-12-07

gun az article

Ağdamın Keştazlı kəndindən VİDEO

2021-12-07

gun az article

Lider dövlətlər Rusiyaya qarşı birləşirlər

2021-12-07

gun az article

İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

2021-12-07

gun az article

Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

2021-12-07

gun az article

İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

2021-12-07

gun az article

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

2021-12-07

gun az article

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot edib

2021-12-07

gun az article

Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində-FOTOLAR

2021-12-06

gun az article

"Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident

2021-12-06