SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Pərisa Söhrabi qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022.11.29, 10:08
Azərbaycanlı fəal Pərisa Söhrabi qeyri-müəyyən vəziyyətdə saxlanılır

Gunaz.tv

Oktyabrın 20-də Təbrizdə həbs edilən gənc ictimai fəal Pərisa Söhrabi qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Onun nədə ittiham olunduğu barədə heç bir məlumat verilmədən azərbaycanlı fəal Təbriz zindanında həbs edilib.

O, 24 sentyabrda özünün tvitter hesabında etiraz aksiyaları ilə bağlı paylaşımına görə polis idarəsinə çağırılıb.

Bir gecə təcridxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb və sonra yenidən həbs edilib.

Pərisa Söhrabinin səhhətində problemlər yarandığı və onu kamerasında müalicə edən zindan həkiminin də bu barədə arayış verdiyi bildirilir.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar