SON XƏBƏRLƏR

Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

2022.12.01, 06:28
Azərbaycanlı hüquq müdafiəçisi Ruqəyyə Bəydilli müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Əslən azərbaycanlı olan və Kərəc şəhərində yaşayan tanınmış qadın hüquqları müdafiəçisi noyabrın 29-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.

Ruqəyyə Bəydillinin son məhkəmə iclası noyabrın 21-də Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsində keçirilib. 

Qeyd edək ki, Ruqəyyə Beygdeli 2020-ci il yanvarın 8-də “Sepah”ın Ukrayna sərnişin təyyarəsini vurduğuna qarşı başlayan kütləvi etirazlara qatıldığına görə, 11 yanvarda Kərəcdə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, həbs edildiyi zaman döyülülüb, baş nahiyəsindən zərbə aldığı üçün xəstəxanaya köçürülüb və bir gün sonra təhlükəsizlik idarəsinin təcridxanasına aparılıb.

10 gün dindirildikdən sonra 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

İctimai fəal iyul ayında mühakimə olunaraq “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət”, “iğtişaş yaratmaq və vətəndaşları qırqın törətmək məqsədilə üsyana çağırmaq” kimi ittihamlarla 5 il şərti həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar