SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Rza Şəhabi zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022.08.26, 04:31
Azərbaycanlı fəal Rza Şəhabi zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılır

Gunaz.tv

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Rza Şəhabinin xəstə olmasına və üç ay yarım bundan öncə həbs edilməsinə baxmayaraq, barəsində qərar verilmir.

İşçi hərəkatı fəalının ailəsinin verdiyi məlumata görə, o, 42 gün aclıqdan sonra kəskin arıqlayıb.

Təzyiq altında saxlanılan fəal ürək çatışmazlığı, yüksək qan təzyiqi və diyabetdən əziyyət çəkir.  

Şəhabinin sağlamlığında əlavə problemlərin yarandığı bildirilir.

Məhbusun sağlamlığının ciddi şəkildə ağırlaşmasına baxmayaraq ona müayinə və müalicə olunmaq imkanı verilmir.

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə 42 günlük aclıq aksiyası keçirib.

Qeyd edək ki, Rza Şəhabi bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib və hər an həyatını itirmə təhlükəsi var.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar