SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili: "Cərimə ilə insanları cənnətə aparmaq olmaz"

2022.09.03, 06:14
Azərbaycanlı millət vəkili: "Cərimə ilə insanları cənnətə aparmaq olmaz"

Gunaz.tv

Güneyli millət vəkili "Şərq" qəzetində verdiyi müsahibədə hicab qaydalarını riayət etməyənlərə qarşı cərimə cəzalarının tətbiqini yersiz sayıb və bunu ticarət adlandırıb.

"Qadınları hicab qaydalarına riayət etməyə məcbur etməklə onları cənnətə aparmaq mümkün deyil"-deyə, o bildirib.

"Bu şəkildə yanaşmalar insanda bunun səmimi şəkildə və islama görə edildiyi barədə şübhələr yaradır. Arada bu hərəkətlərin başqa bir mərkəzlərdən bilərəkdən və daha çox qarşıdurma yaratmaq üçün ortaya atıldığı fikri formalaşır"-deyə, Qulamrza Nuri Qızılca bildirib.

Ocanlı millət vəkili bir sıra fəaliyyətlərin, o cümlədən məcburi hicabla bağlı tətbiq edilən cəzaların heç bir məntiq və ağıla uyğun olmadığını söyləyib.

"Mən bir millət vəkili kimi buradan bildirirəm ki, bu hərəkətlərin islama heç bir aidiyyatı yoxdur. Bu yollarla islamı yüksəltmək, onu sevdirmək olmaz. Məsələlərə baxışın və dünya görüşümüzün dəyişməsi vacibdir"-deyə, Nuri Qızılca hökumətin islam adı altında həyata keçirdiyi siyasətini tənqid edib.

O, bu tip siyasətlərin cəmiyyətdə parçalanma yaratdığını, özəlliklə gənclər və yeniyetmələrin normal təfəkkürünün formalaşmasına mənfi təsir göstərdiyini və onları psixoloji baxımdan qeyri-müəyyənliyə yuvarlandıqlarını deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar